Yuxarı

Virciniya Azərbaycan Evi qəbul elan edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Virciniya Azərbaycan Evi qəbul elan edir

Virciniya Azərbaycan Evi “CAN” Könüllülük və İnkişaf Proqramına qəbul elan edir

Virciniyada fəaliyyət göstərən Azərbaycan Evi istedadlı və həvəsli könüllüləri yeni yaradılmış “CAN” Könüllülük və İnkişaf Proqramına qoşulmağa dəvət edir. “Birlikdə Daha Güclüyük” şüarı altında baş tutacaq layihə icma ilə əlaqələri gücləndirmək, mədəniyyət mübadiləsini təşviq etmək, könüllülərin peşəkar və şəxsi inkişafına töhfə vermək üçün yaradılıb.

Proqramın hədəfi müxtəlif sahələrdən olan insanların bir missiya altında birləşdirilməsi, icma ilə əlaqələrin inkişafı, zəngin mədəni irsimizin qorunub saxlanılması, onun təbliğ edilməsidir. “CAN” Könüllülər Korpusu proqrama qoşulacaq hər bir könüllüyə uğur qazanmaq üçün lazım olan mentorluq və təlim imkanları təklif edir. Birlik, güc və firavanlığı təmsil edən nar isə layihənin simvolu seçilib.

Müxtəlif peşəkar və akademik təcrübəyə malik insanları proqrama qoşulmağa dəvət edən Azərbaycan Evinin koordinatoru Nigar İbrahimova, xüsusilə aşağıda qeyd olunan sahələr üzrə dəstək göstərmək istəyən könüllülərin axtarıldığını vurğulayıb:

Qrant yazılması: Mədəni, təhsil və sosial layihələr üçün maliyyə vəsaitinin əldə olunmasına kömək etmək.

Layihələrin planlaşdırılması və idarə edilməsi: İnnovativ ideyaları sistemli və strateji icra vasitəsilə həyata keçirmək.

Tədbirlərin təşkili: Mədəni tədbirlər, təhsil seminarları və şəbəkələşmə görüşlərinin təşkilinə dəstək olmaq.

Sosial media və icma ilə əlaqələrin qurulması: Rəqəmsal varlığı genişləndirmək və qlobal auditoriya ilə əlaqə yaratmaq.

Tərcümə və dil dəstəyi: Çoxdilli xidmətlər vasitəsilə ünsiyyət və əlaqəni asanlaşdırmaq.

Proqrama qoşulmaq istəyənlər Azərbaycan Evinin İnstaqram səhifəsindəki link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://www.cognitoforms.com/AzerbaijanHouse1/CANVolunteerCorps?fbclid=PAZXh0bgNhZW0CMTEAAaavIHJG7fRXou_h0CFNKRWiWf_FeD4LrZK2i6ZfJZ29JazGRNzRSlLOLds_aem_SzlCqmJ1jBXm8_nwaH8Prw

Tarix
2025.02.13 / 20:04
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslər hərbi xidmətə çağırılmırlar - Səbəb

Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla