Yuxarı

Azərbaycanda general evində yıxılıb öldü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda general evində yıxılıb öldü - Foto

Ehtiyatda olan polis general-mayor, Quba Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ərziman Əliyev 69 yaşında vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a mərhumun ailə üzvləri məlumat verib.

Ə.Əliyevin ürəyində xeyli müddətdir problemlər yaranıbmış. Ona görə də açıq ürək əməliyyatı keçirib.

Fevralın 22-də evində yıxılıb və başı döşəməyə dəyib. Ə.Əliyev aldığı xəsarətdən dünyasını dəyişib.

Hadisə baş verən zaman general-mayor evdə tək olub.

Mərhum sabah - fevralın 23-də "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Ərziman Mikayıl oğlu Əliyev 1956-cı ildə Göyçay rayonunda anadan olub. O, Göyçay Rayon Polis İdarəsinin rəisi, 2004–2007-ci illərdə isə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2007-2016-cı illərdə Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi işləyib.

Tarix
2025.02.22 / 17:33
Müəllif
Axar.az
Digər xəbərlər

Fidandan Azərbaycan açıqlaması: Yanınızdayıq!

Prezident: İradəmizə qarşı çıxanın başı əziləcək!

İşğal dövründə bizə nə qədər təzyiqlər olub... - Prezident

Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Onlar Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdı...

Xocalı soyqırımının məsuliyyətini Ermənistan daşıyır

Bu, ədalətimizin son nöqtəsi idi - Prezident

Prezident Xocalı Soyqırımı Memorialının açılışında... - Foto

Abiy Əhməd Əli Azərbaycanda səfərdədir

İlham Əliyev Ərdoğana zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla