Yuxarı

Sevgilisinin övladını işgəncə ilə öldürən şəxsə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sevgilisinin övladını işgəncə ilə öldürən şəxsə hökm oxundu

Bakının Binəqədi rayonunda qeyri-rəsmi nikah münasibətində yaşadığı qadının azyaşlı övladını işgəncə verməklə qətlə yetirməkdə təqsirləndirilən Yaşar Abbasovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxış edib.

Vəkil bildirib ki, Yaşar Abbasov azyaşlıya heç vaxt işgəncə verməyib. O, müvəkkilin barəsində bəraət verilməsini istəyib.

Yaşar Abbasovun vəkilləri iddia edib ki, onun əməli məhkəmə tərəfindən sübuta yetirilməyib. Onların sözlərinə görə, mərhumun anası İpək Əhmədovanın dedikləri istintaq sənədləri ilə sübuta yetirilməyib.

İpək Əhmədova vəkillərin dediklərinin cəfəngiyat olduğunu deyib. Bildirib ki, övladı azyaşlı, günahsız olub, onun qatilinə ən ağır cəza verilməsini istəyib.

Yaşar Abbasov son söz deyəndən sonra hakimlər müvavirəyə yollanıblar. Müşavirədən qayıdan hakimlər hökm elan edib. Hökmə əsasən Yaşar Abbasov 18 il müddətinə azadlıqdan mərhum edilib.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Yaşar Abbasovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, Yaşar Abbasov qeyri-rəsmi nikahda yaşadığı İpək Əhmədovanı döyməkdə, onun doqquz yaşlı fiziki qüsurlu övladı Əli Seyidvəli oğlu Əhmədzadəni isə işgəncə verməklə qəsdən öldürməkdə təqsirləndirilib.

Məlum olub ki, Yaşar İpek Əhmədovanın döyməklə yanaşı azyaşlı uşağı işgəncə verib. İşgəncə nəticəsində onu öldürüb.

Bundan başqa, Yaşar azyaşlının bədəninə damğa vurub. Onun bədəninə xəsarətlərlə yetirməklə yanaşı soyuq havada küçədə saxlayıb, üzərinə soyuq su töküb.

Yaşar Abbasova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4, 120.2.9, 133.2.4-cü maddələri ilə ittiham irəli sürülüb. O, qeyri-rəsmi nikahda yaşadığı İpək Əhmədovanı döyməkdə, doqquz yaşlı fiziki qüsurlu oğlu Əli Seyidvəli oğlu Əhmədzadəni isə işgəncə verməklə qəsdən öldürməkdə təqsirləndirilir.

Zərərçəkən şəxsin hüquqi varisi olan anası hazırda məhkumdur. İpək Əhmədova narkotik vasitələrin qanunsuz istifadəsi ittihamı ilə həbs olunub.

Tarix
2025.02.26 / 16:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

Paşinyan Papa ilə görüşdü: Bakı ilə sülh sazişi...

Türk NATO-suna xeyir-dua verildi - ABŞ hərəkətə keçdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla