Yuxarı

Qrenlandiya məsələsi çözüldü - Tramp buna nail oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qrenlandiya məsələsi çözüldü - Tramp buna nail oldu

1 ildir ki, Trampın "Qrenlandiya isterikası"nı müşahidə edirik. Tramp dəfələrlə, o cümlədən Davosda bəyan etmişdi ki, yalnız Qrenlandiyanın ABŞ-ın tamamilə nəzarətinə keçəcəyi ilə qane olacaq. Buna cavab olaraq Avropa müttəfiqləri Trampın bu isterikasına vahid və qətiyyətli mövqe sərgilədilər.

Axar.az xəbər verir ki, bunu politoloq Kamran Cəfərov deyib.

“Dünən Tramp və NATO-nun Baş katibi Mark Rutte arasında bir neçə saat davam edən görüş keçirildi və nəticədə Tramp bəyan etdi ki, "bizə lazım olan hər şeyi nəzərdə tutan" razılaşma olacaq. Tramp əlavə etdi ki, Qrenlandiya ilə bağlı iddialarına qarşı çıxdıqlarına görə 8 Avropa müttəfiqinə qarşı fevralın 1-dən rüsum tətbiq etmək hədəsini həyata keçirməyəcək.

Jurnalistlərin Qrenlandiyanın ABŞ-ın bir hissəsinə çevrilib-çevrilməyəcəyi sualına Tramp açıq cavab verməkdən yayındı və dedi: "Bu, yekun uzunmüddətli razılaşmadır. Bu, müddətsiz razılaşmadır. Bu, əbədi razılaşmadır".

Bu təklif Qrenlandiya üzərində suverenliyin Danimarkadan ABŞ-a verilməsini nəzərdə tutmur.

Plan ABŞ və Danimarka arasında 1951-ci il tarixli "Qrenlandiyanın Müdafiəsi üzrə Saziş"in yenilənməsini nəzərdə tutur. Həmin saziş ABŞ-a adada hərbi bazalar tikməyə və NATO bunu zəruri hesab edərsə, "müdafiə zonaları" yaratmağa imkan verirdi.

Eyni zamanda, təklif Qrenlandiyada təhlükəsizliyin artırılması, NATO-nun Arktikadakı fəaliyyəti və faydalı qazıntılar sahəsində əlavə işlərə dair bölmələri də əhatə edir.

Razılaşmaya Qrenlandiyada Qızıl Qübbənin yerləşdirilməsi və Rusiya ilə Çinin zərərli xarici təsirinə qarşı mübarizə ilə bağlı müddəalar da daxildir.

Ruttenin səsləndirdiyi ideyalar Danimarkanın artıq uzun müddətdir nəzərdən keçirdiyi təkliflərlə üst-üstə düşür: Danimarka suverenliyi qoruyur, lakin ABŞ hərbi mövcudluğunu artıra bilər.

Yaxın həftələrdə ABŞ potensial razılaşma ilə bağlı Danimarka və Qrenlandiya ilə yüksək səviyyəli danışıqlara başlayacaq.

Tramp danışıqlarda özünün sınaqdan çıxmış taktikasından istifadə etdi, maksimum təzyiq göstərmək, əgər alınmazsa, geri çəkilib öz qələbəsini elan etmək (6 ay əvvəl Avropa və Çinlə tariflər üzrə danışıqlarda olduğu kimi).

Tramp Avropanın çox sərt və həmrəy mövqeyi ilə üzləşdi və gördü ki, Qrenlandiyanın suverenliyi müzakirə mövzusu deyil. Avropa ABŞ-la ticarət müharibəsinə hazır olduğunu bildirdi və geri çəkilməyəcəyini vurğuladı.

Bundan əlavə, Konqresin sərt mövqeyi və fond bazarının çöküşü də rol oynadı. Nəticədə Tramp geri çəkildi və bunu öz qələbəsi kimi təqdim etdi”, - politoloq bildirib.

Tarix
2026.01.22 / 11:56
Müəllif
Axar.az
Digər xəbərlər

Moskvadakı səfirimiz Rusiya MN-ə getdi: Görüş...

Bakı regionun enerji təhlükəsizliyini təmin edən aktordur

Dugin Bakını hədələdi, cavabsız qaldı - Ekspert

Azərbaycan Sülh Şurasında təsisçi dövlət olur: Nə qazanacaq?

İlham Əliyev Rassel Hardi ilə görüşdü

Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos

Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan

İlham Əliyev Davosda panel iclasda iştirak etdi

Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla