Yuxarı

Qarlı havada Bakıda neçə avtobusa ziyan dəydi?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarlı havada Bakıda neçə avtobusa ziyan dəydi?

Son günlər Bakıda müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ictimai nəqliyyatın fəaliyyətinə də çətinliklər yaradıb, yolların buz bağlaması səbəbindən bəzi avtobuslar zədələnib.

Bakı Bus MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva Axar.az-a bildirib ki, hava şəraitinin yaratdığı çətinliklər səbəbindən bəzi marşrut xətləri üzrə avtobusların hərəkətində fasilələr olub.

“Bəzi avtobuslarda kiçik zədələnmələr qeydə alınıb. Hazırda texniki vəziyyət yoxlanılır və bərpa prosesi davam edir. Təmir işləri operativ şəkildə həyata keçirilir, sərnişinlərin təhlükəsizliyi üçün bütün zəruri tədbirlər görülür. Lakin təmir xərcləri ilə bağlı dəqiq rəqəm yalnız proses başa çatdıqdan sonra müəyyən ediləcək”, – o vurğulayıb.

“Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayev isə qeyd edib ki, son günlər buzlu yollar səbəbindən 30-a yaxın yol-nəqliyyat hadisəsi qeydə alınıb:

“Bunların əksəriyyəti yüngül qəzalar və sürtünmələrdir. Şirkətimizə məxsus avtobuslar sığortalıdır və dəymiş ziyanın məbləği sığorta şirkətləri və texniki heyət tərəfindən hesablanır. Zədələnmiş avtobusların əksəriyyəti artıq marşrut xətlərinə qaytarılıb”.

Tarix
2025.02.28 / 08:30
Müəllif
Maral Şahverdili
Digər xəbərlər

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla