Yuxarı

Kişi xanımını işləməyə qoymursa... - Deputata cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Milli Məclisin deputatı, hörmətli Mübariz Qurbanlı belə bir fikir söyləyib ki, həyat yoldaşını işləməyə qoymayan kişinin əmək haqqının bir hissəsinin qadının pensiya fonduna keçirilməsi qanuniləşdirilə bilər. İndi media bu fikirləri aydınlaşdırmaq istəyir. Mərkəzi icra hakimiyyəti orqanına 10 il rəhbərlik etdiyi dövrü çıxmaqla, 1995-ci ildən Milli Məclis üzvü olan çox savadlı bir şəxsin bu fikirləri ilə bağlı mənim özümdə də suallar yaranıb.

Axar.az xəbər verir ki, bu sözləri işçi hüquqlarının müdafiəçisi, ekspert Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, ilk növbədə qadınların işləməməsinin səbəbini aydınlaşdırmağın mexanizmi müəyyən olunmalıdır:

“Dövlət Sosial Müdafiə Fondu kişinin həyat yoldaşını işləməməyə qoymamasını necə müəyyən edəcək? Rəsmi statistikaya inansaq, Azərbaycanda əmək qabiliyyəti yaşında olan iqtisadi qeyri-fəal əhali ümumi işləyənlərin 23%-ni təşkil edir. Bunlarında çoxu qadındır. İndi DSMF hansı kriteriya ilə müəyyən edəcək ki, qadın əri icazə vermədiyi üçün işləyə bilməyib? Yaxud yaşadığı ərazidə müvafiq iş olmayıb və o da yaxın ərazidə işin olmadığına əmin olduğu üçün heç məşğulluq orqanlarında qeydiyyata da durmayıb. Fikrimcə, bir yol qalır. Gərək qadın məhkəmə qaydasında iddia qaldırsın ki, ərim məni işləməyə qoymur. Ərini məhkəməyə verə bilən qadın, məncə, onun “işləmə” qadağasını da ləğv etdirə bilər”.

O bildirib ki, xanımın tələbi həyat yoldaşının gələcəkdə əmək pensiyası almasına da mənfi təsir edə bilər:

“Digər problem: Hətta qadın məhkəmə yolu ilə sübut etsə ki, onu işləməyə əri qoymayıb və bu halda kişinin yığım kapitalı iki hissəyə bölünsə, onda hər ikisində yığım kapitalı əmək pensiyası yaşına qədər minimum həddə (bu ildən 46080 manatdır) çatmayacaq və bu halda əgər sığorta stajı da 25 ildən az olacaqsa, hər ikisi əmək pensiyası hüququndan məhrum olacaq. Həm də onsuz da əmək pensiyası yığıma əsaslanır. Onu iki yerə böləndə də nəticədə eyni məbləğ alınır və evə gələn pensiya istənilən hada eyni məbləğdə olur. Bu halda onun ikiyə bölünməsinin mənası nədir?

Yığım kapitalı bölünürsə, bu halda sığorta stajı da bölünməlidir. Bu necə baş verə bilər? Bu hal olsa, əmin olun ki, 95% halda heç biri əmək pensiyası ala bilməyəcək. “Əmək pensiyaları haqqında” Qanuna görə, ər (arvad) vəfat etdikdə arvadın (ərin) əmək pensiyası hüququ yaranarsa, ərinin (arvadının) əmək pensiyasını ala bilər. Yəni tutaq ki, ər əmək pensiyası yaşına çatıb və ya çatmamış vəfat edib, amma onun kifayət qədər yığım kapitalı var. Bu halda arvad (əksi də ola bilər) əmək pensiyası yaşına çatanda əgər onun əmək pensiyası ərinin əmək pensiyasından azdırsa, o zaman ərinə aid əmək pensiyasını ala bilər”.

Ekspert hesab edir ki, nikahın pozulması halında da problemlər qaçılmaz olacaq:

“Boşanma halında necə olacaq? Evlilikdən dərhal sonra kişi arvadına işləmək qadağası qoyub, amma xanım da etiraz etməyib. Amma evliliklərindən 20 il keçəndən sonra birdən qərara gəlib ki, kişini məhkəməyə versin. Bu halda məsələ necə həll olunacaq?”

Tarix
2025.02.28 / 12:11
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Bakıdan 10 min erməniyə böyük jest… - XİN

Rəsmi Bakıdan İrəvana cavab: Rədd edirik!

Rusiyadakı azərbaycanlılara daha bir pis xəbər

Latviya Seymində azərbaycanca çıxış: Fəxr edirəm... - Video

Zülfüqarov: Mətbuatımız erməni yalanını yaydı

İlham Əliyev sərəncam imzaladı

Paşinyan Bakının bu tələbini yerinə yetirir

İran parlamentinin ana dili qərarına daha bir etiraz

Tramp niyə Zelenski haqda sözündən imtina etdi?

Ceyhun Bayramov Kallasla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla