Yuxarı

"Birbank"lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekoloji layihələrə daim dəstək verən "Birbank", Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Yaşıl Gələcək” layihəsi çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyasına qoşulub.

Aksiya zamanı "Birbank" əməkdaşları və müştərilərinin birgə iştirakı ilə 2800-dən çox ağac əkilib. Müşfiqabad qəsəbəsində keçirilən aksiya çərçivəsində ərazinin iqlim şəraitinə uyğun olaraq Eldar şamı və zeytun ağacları əkilib.

Qeyd edək ki, aksiya ötən il “Yaşıl dünya naminə həmrəylik” ili münasibətilə həyata keçirilən kampaniyanın davamı olaraq baş tutub. Kampaniyanın şərtlərinə əsasən 2024-cü ilin oktyabr və noyabr aylarında Birbank-da depozit faizlərini müddətin sonunda almaq şərti ilə ən azı 500 manat olmaqla 6, 12 və 18 aylıq müddətdə Rəqəmsal depozit yerləşdirən müştərilərin adına bank tərəfindən 1 ağac əkilib. Əkilən ağaclara görə müştərilərə xüsusi sertifikat təqdim edilib. Bununla da müştərilər rəqəmsal bankçılığın üstünlüklərindən faydalanmaqla yanaşı daha yaşıl dünya üçün töhfə vermiş olublar.

Layihənin əsas məqsədi ekoloji tarazlığın qorunmasına dəstək olmaq, ictimaiyyəti, xüsusən də gəncləri ətraf mühitin mühafizəsinə təşviq etmək və yaşıl gələcək üçün birgə fəaliyyətə səsləməkdir. Xatırladaq ki, "Birbank" Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində davamlı olaraq ətraf mühitin qorunması ilə bağlı layihələrə dəstək olur.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı "Kapital Bank" adı altında müştərilərinə xidmət göstərib və "Paşa Holding"ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2025.03.04 / 17:22
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Fələstin səfiri ilə görüşdü

XİN-dən Paşinyanın Naxçıvanla bağlı açıqlamasına cavab

Ombudsman Vardanyan və Arutyunyana baş çəkdi - Foto

Bir həftəyə Azərbaycana cavab verə bilərik - Simonyan

Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı yeni hiyləsi

İlham Əliyev gələn ay Pakistana gedəcək

Şahbaz Şərifdən Azərbaycanla bağlı tapşırıq

Meksika üçün Azərbaycan böyük imkanlar ölkəsidir - Səfir

Rusiya şirkəti AZAL təyyarəsinə görə sığorta ödənişi etdi

Ermənistan hazırdır, Azərbaycan niyə rədd edir? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla