Yuxarı

İlham Əliyev sabah Türkiyəyə səfər edəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev sabah Türkiyəyə səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev martın 5-də Türkiyəyə səfər edəcək.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdiri Fəxrəddin Altun bildirib.

O qeyd edib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında həyata keçirilir.

F.Altun vurğulayıb ki, Ankarada Prezident Sarayında gerçəkləşəcək görüşlərdə Türkiyə və Azərbaycan arasındakı qardaşlıq bağlarının daha da gücləndirilməsi üçün atıla biləcək addımlar, eləcə də aktual regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılması nəzərdə tutulur.

Səfər çərçivəsində həmçinin Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan canlı bağlantı ilə İğdır-Naxçıvan qaz boru kəmərinin açılış mərasiminə qatılacaqlar.

Qeyd edək ki, kəmərin təməlini dövlət başçıları 2023-cü il sentyabrın 25-də birlikdə qoyublar.

Tarix
2025.03.04 / 18:46
Müəllif
Axar.az
Digər xəbərlər

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

Leyendən Bakı səfəri ilə bağlı - Video

İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla