Yuxarı

Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı yeni hiyləsi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı yeni hiyləsi

Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizini verməyəcəklərini yenidən bəyan edib. Bu, yeni məsələ deyil, lakin onun regional kommunikasiyanın açılması ilə bağlı irəli sürdüyü yeni təklifin detalları maraqlıdır.

Erməni baş nazir bildirir ki, Azərbaycanın Naxçıvana çıxışı üçün yol verirlər və bu istiqamətdə (Mehri) mövcud olmayan infrastruktur qısa müddətdə inşa edilə bilər. Lakin hələlik alternativ infrastrukturdan istifadə etmək imkanı var: yük maşınları Gorusun Kornidzor (Almalı) keçid məntəqəsindən keçməklə Ermənistana daxil olur, daha sonra Ermənistan-Türkiyə sərhədində gedən yollarla Türkiyəyə aparılır, eyni marşrut əks istiqamətdə də istifadə edilir; təhlükəsizliyi rəsmi İrəvan təmin edir, azərbaycanlı sürücülər üçün psixoloji çətinlik yaranarsa, yüklərin daşınmasını Ermənistan yollarından daim istifadə edən Türkiyə yük maşınları təşkil edə bilər.

Paşinyanın təklifinə görə, Azərbaycan mövcud infrastrukturdan istifadə etməklə yükləri Türkiyəyə apara, oradan Naxçıvana daşıya bilər. Rəsmi İrəvan bununla həm Azərbaycanla, həm də Türkiyə ilə kommunikasiyanı erməni maraqları çərçivəsində həll etməyi düşünür.

1. Yük maşınlarının Laçın istiqamətindən keçərək, Ermənistan ərazisindən Türkiyəyə aparılması kommunikasiyanın “dəhliz” yox, “yol” məntiqi ilə açılmasının əsasını qoyur və Mehri istiqamətindən planlaşdırılan Zəngəzur dəhlizinin arxa plana keçməsi deməkdir: Kornidzor keçid məntəqəsindən Nikolun təklifi ilə istifadə edilməsi gələcəkdə Mehri istiqamətində də eyni prinsipin tətbiq edilməsinə zəmin yaradacaq;

2. İrəvan Türkiyə ilə sərhəddə Marqara keçid məntəqəsini Avropa Birliyinin maliyyəsi ilə hazır vəziyyətə gətirib və Ankara ilə razılaşmaya görə, bu keçiddən ilkin mərhələdə üçüncü ölkələr istifadə edə bilər; Paşinyanın məntiqi ilə Azərbaycan “üçüncü ölkə” kimi yoldan istifadə etməlidir və bununla həm Türkiyə-Ermənistan sərhədinin açılması baş tutur, həm də Ermənistan üçün həyati əhəmiyyət daşıyan Avropa bazarına çıxış imkanlarının önü açıla bilər;

İrəvan bir təkliflə iki hədəfə nail olmağa çalışır. Bakının buna razı olmayacağı bəllidir, hərçənd, Paşinyan müxtəlif çıxış yolları tapmaqla regional kommunikasiyanın erməni maraqları naminə açılmasına ümid edir, eyni zamanda, Ermənistanın hər fürsətdə sülhün tərəfdarı olduğunu göstərməyə çalışır.

Tarix
2025.03.04 / 16:32
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla