Yuxarı

Bu evdə yalnız bir nəfər sağ qaldı, o da şəhidin qardaşı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu evdə yalnız bir nəfər sağ qaldı, o da şəhidin qardaşı...

Ötən gün axşam saatlarında Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidi Vahid Ağayevin hər iki valideyni - 56 yaşlı atası Məcnun, 52 yaşlı anası Gülnaz Ağayeva dəm qazından zəhərlənərək vəfat edib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu gün hər iki mərhumun cənazəsi onların qohumlarının, yaxınlarının müşayiəti ilə yaşadıqları evdən götürülərək dəfn olunub.

Ağayevlər ailəsi dörd nəfərdən ibarət olub.

Ötəngünkü faciədən sonra ailədə bir nəfər sağ qalıb, o da şəhidimizin əkiz qardaşı.

Dəfndə iştirak edən yaxınları ailənin sağ qalan yeganə üzvü - şəhidin qardaşının xəstə olmadığını açıqlayıblar.

"Şəhidin anası xəstəxanada işləyirdi, amma atası işsiziydi. Mərhumların yaşa görə xəstəlikləri vardı. Amma sağ qalan oğulları, yəni şəhid Vahidin əkiz qardaşı, deyilənlərin əksinə, sağlam insandır", - şəhidin bibisi oğlu Alişan Qədirli bildirib.

Respublika Qadınlar Cəmiyyətində həssas təbəqələrlə iş departamentinin müdiri, Maştağa sakini Vəfa Hüseynova açıqlamasında şəhid qardaşını himayə etməkçün əllərindən gələni edəcəklərinə söz verib.

Qeyd edək ki, şəhid Vahid Ağayev 1996-cı ilin sentyabrın 14-də Maştağa qəsəbəsində anadan olub. Vətən müharibəsində Xocavənd, Füzuli, Cəbrayıl və Şuşada döyüşüb. 2020-ci il noyabrın 11-də Şuşada şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Vahid subaymış.

Tarix
2025.03.04 / 17:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə ən uğurlu razılaşma... - Paşinyan

Şura Bakıda keçiriləcək iclasın iş planını təsdiqlədi

Bakı və İrəvan arasında sülh nümunəsi göstərir ki... - Kansler

İlham Əliyev Slovakiya səfərindən paylaşım etdi - Video

Bu, Avrasiyanın xəritəsini tamamilə dəyişəcək - Hacıyev

Prezident Robert Fitso ilə təkbətək görüşdü - Foto

Əliyevlə Fitsonun görüşündə bu mahnımız ifa edildi - Video

Əsrlər boyu böyük imperiyaların tərkibində olmuşuq...

İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi - Foto

Azərbaycan bu ölkə ilə 5 sənəd imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla