Yuxarı

Keçmiş məcburi köçkünlərin bəzilərinə təqaüd verilə bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş məcburi köçkünlərin bəzilərinə təqaüd verilə bilər

Gələn ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakinin məskunlaşması gözlənilir. Keçmiş məcburi köçkünlərin məskunlaşmamışdan öncə peşə təhsilinə daha fəal cəlb edilməsini və onlara büdcə hesabına təqaüdün verilməsini təklif edirəm.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin dünən keçirilən iclasında deyib.

Bəs görəsən, keçmiş məcburi köçkünlərin məskunlaşmamışdan öncə peşə təhsilinə daha fəal cəlb edilməsinin və onlara büdcə hesabına təqaüdün verilməsinin mahiyyəti nədir?

Bu təklif reallaşacağı təqdirdə, keçmiş məcburi köçkünlər üçün üstünlük nə olacaq?

Axar.az xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov mövzu ilə bağlı Oxu.az-a danışıb.

"Yeni dəyişikliyə əsasən, keçmiş məcburi köçkünlər öz ata yurdlarına qayıtdıqdan sonra, peşə təhsili xərcləri dövlət hesabına qarşılanacaq. Məskunlaşmış keçmiş məcburi köçkün peşə təhsili almaq istəyirsə, o zaman həmin şəxs hər hansı bir ödəniş etmədən peşə təhsili almaq imkanına malik olacaq. Nəzərə almalıyıq ki, məşğulluq vacibdir. Məşğulluqda isə peşə təhsili önəmlidir.

Milli Məclisdəki təklifim ondan ibarətdir ki, keçmiş məcburi köçkünlər məskunlaşmamışdan öncə müvəqqəti yaşadıqları ərazilərdə peşə təhsili almaq istəyirlərsə, onların xərcinin dövlət büdcəsi hesabına ödənilməsi ilə yanaşı, həm də onlara təqaüdlər verilsin. Yəni onlar peşə təhsili aldıqları müddətdə təqaüd almaq imkanına malik olsunlar. Bu, keçmiş məcburi köçkünlərin peşə təhsili almasına stimullaşdıra bilər. Beləliklə, həmin şəxslər öz ata-baba yurdlarına təhsilli formada qayıda bilərlər. Bu da onların məskunlaşmadan sonra sürətli formada işlə təminatına xüsusi təkan verə bilər. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən oxşar praktika var. Bu zaman minimum əməkhaqqının 50 faiz həcmində təqaüdlər verilir. Hazırda bu rəqəm 200 manatdır. Oxşar praktikanı Elm və Təhsil Nazirliyinin xətti ilə keçmiş məcburi köçkünlər üçün reallaşdırmaq olar", - deputat bildirib.

Tarix
2025.03.05 / 09:51
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin mətbuat konfransında xəritə mesajı - Foto

Liderlər İlham Əliyevi təbrik edir

Əli Əsədovdan bu qəzetlərlə bağlı qərar

Kəlbəcərdəki bu hadisələr hərbi cinayətdir - Araik

Zelenski İlham Əliyevi təbrik etdi

İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı

Heç bir qurum Azərbaycanla təhdid dilində danışa bilməz

Prezident konqres iştirakçılarına müraciət ünvanladı

Azərbaycanlı trollar Ərdoğanı, görün, necə şantaj edir

Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla