Yuxarı

Ali məktəblərə sənəd qəbulunun vaxtı uzadıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb.

Bu barədə Axar.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Vurğulanıb ki, ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 6 mart saat 13:00-da başa çatacaq.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak etməlidirlər. Elektron ərizəsi təsdiq olunmayan abituriyentlər müsabiqəyə buraxılmırlar.

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlərin nəzərinə:

“Azərbaycan dili (dövlət dili kimi)” fənni imtahanından “məqbul” ala bilməyən abituriyentlər ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün keçirilən müsabiqəyə buraxılmırlar.

“Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə imtahanın nəticələri iki il qüvvədə olduğundan, 2024 cü ildə bu imtahandan "məqbul" alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmirlər.

Qeyd edək ki, indiyə qədər qeydiyyatdan keçən abituriyentlərin sayı 128073 nəfərdir.

Tarix
2025.03.06 / 00:54
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir

İkinci mərhələdə Kəngərlidə daha çox evlər tikiləcək

Bu torpaqların sahibi həmişə biz olmuşuq...

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında... - Foto

Fransa Kanak xalqının müstəqilliyinə qarşı...

İlham Əliyev Kəngərlidə sakinlərlə görüşdü - Foto

Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərdə - Foto

Simonyan müharibə barədə: Ayağına yıxılmağa adam axtarırdım...

Heydər Əliyev siyasi irsinin təməl sütunları

Bayramovdan qəzaya düşən AZAL təyyarəsi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla