Yuxarı

Azərbaycanda yeni din: Kəbəni köçürmək istəyirlər - İlahiyyatçı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Həcc ziyarətinə səfər tarixlərinin açıqlanmasından sonra qiymət məsələsi müzakirə edilir. Belə ki, ziyarət paketinin qiyməti 5950 ABŞ dollar, yəni 10 115 manatdır. Bu isə birmənalı qarşılanmır və müxtəlif aspektlərdən tənqid olunur.

Axar.az xəbər verir ki, ilahiyyatçı Tural İrfan Globalinfo.az-a açıqlamasında maddi imkanı yüksək olan, qazancının zəkatını, sədəqəsini verən, halal qazanan, yaxını ac olmayan müsəlmana bu ibadəti yerinə yetirməyin vacib olduğunu bildirib.

“Həcc ziyarət deyil, ibadətdir. Bəzi insanlar isə şan-şöhrət, ad qazanmaq, imtiyaz sahibi olmaq üçün ora gedirlər. İbadət üçün Həccə gedən çox azdır. Qiymətin baha olması Səudiyyə Ərəbistanının Qərbin ideoloji dairələrinin təsirində olması ilə əlaqədardır. Həccə gedənlərin sayını ildən-ilə azaltmaq, Ərəbistanı dünyəvi qaydalara keçirmək istəyirlər. Qərbin böyük ideoloji planı var – Kəbəni İordaniyaya köçürüb, yerində ticarət mərkəzləri inşa etmək. Bunun üçün Kəbənin İordaniyanın Petra şəhərində olduğunu iddia edən “Əhmədi sülh və nur dini” adlı qondarma din də yaradıblar. Hətta bu, ölkəmizdə də geniş yayılır”, - o deyib.

İlahiyyatçının sözlərinə görə, Həcci ziyarət kimi təqdim edənlər onun turizm səfəri olduğunu demiş olurlar:

“Qiymətlərin bu formada olması soyğunçuluq və rüşvətxorluqdur. Heç ABŞ-a səfər edib 10 gün qalan adamın bu qədər xərci çıxmır. Həcci artıq ibadət olmaqdan çıxarıb biznesə çeviriblər. İnsanlar bununla günahlarını yuduqlarını zənn edirlər, amma əksinə, daha böyük günaha batırlar. 10 min manata elə yaxşılıqlar etmək olar ki, min Həcc savabından artıq sayılar. Adamlar bunu yox, şöhrət və “Həci” adı istəyirlər. Allahın boynuna da atırlar ki, əmr edib. Bunun hamısı Allaha iftiradır”.

Qeyd edək ki, bu il Həcc ziyarəti 25-30 may tarixlərində baş tutacaq.

Tarix
2025.03.07 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Qurtuluş Günü ilə bağlı paylaşım

Azərbaycanda Milli Qurtuluş Günüdür

Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan

Ərdoğan İlham Əliyevə zəng etdi: İsrail müzakirəsi...

Azərbaycanın hərbi gəmiləri yola düşdü - Foto

İlham Əliyev Britaniya kralını təbrik etdi

Bayramov Fidanla da danışdı: İsrail-İran gərginliyi...

İranın nüvə obyektləri ətrafında mövcud vəziyyət... - Bayramov

Bakıdan Təbrizə aviareyslər bu tarixədək ləğv edildi – Rəsmi

Bayramov Arakçı ilə danışdı: Ərazimizdən İrana hücum...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla