Yuxarı

FHN metroda təlim keçirdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “İçərişəhər” və “Sahil” stansiyalarında taktiki-xüsusi təlim keçirilib.

FHN-in mətbuat xidmətindən Axar.az-a bildirilib ki, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.

Əvvəlcə FHN-in “112” qaynar telefon xəttinə metronun əsasən “İçərişəhər” və “Sahil” stansiyaları arası 1-ci yol mənzilində “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Şərti hadisə ilə bağlı metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyaların bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və “yanğına ilkin müdaxilə” işləri həyata keçirilib.

FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın “söndürülüb”, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə halların qarşısının alınması, bu zaman xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə vaxtı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Təlimə FHN-in ümumilikdə 11 ədəd texnikası və 76 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

Tarix
2025.03.09 / 14:27
Müəllif
Axar.az
Digər xəbərlər

Timoşenkodan Almaniyaya cavab: Qanımız bahasına?..

Bunun məsuliyyətini Türkiyə daşıyır - Arakçı

Əliyev sözünü də deyir, ancaq Kreml bilir ki… - Xalatyan

ABŞ ştatları Çini kovidə görə məhkəməyə verir - İlk qərar

İsrail açıqladı: Bakı ilə ABŞ arasında strateji müttəfiqlik...

Biznesmenlerin Azərbaycana səfəri təxirə salındı

Bakı o iki ermənini istəyir, Nikol razılaşa bilər - Şarmazanov

Ermənistan bu şəxsləri təhvil verməlidir - Hacıyev

Bakı Qəzza ilə bağlı Misirin irəli sürdüyü planı dəstəkləyir

Tramp Cənubi Qafqazda nələri dəyişəcək? - Bıstritski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla