Yuxarı

İsrail açıqladı: Bakı ilə ABŞ arasında strateji müttəfiqlik...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail, ABŞ və Azərbaycan arasında üçtərəfli strateji müttəfiqlik yaratmaq üçün danışıqlar aparılır.

Axar.az xəbər verir ki, bu barədə İsrail parlamentində (Knesset) Baş nazir Benyamin Netanyahunun kabinet üzvü və milli missiyalar naziri Orit Ştrak məlumat verib.

“Yerusalim Post” yazır ki, Knessetdə “İsrail və Azərbaycan arasında strateji müttəfiqliyin möhkəmləndirilməsi” mövzusunda müzakirələr zamanı deputat Simon Moşiaşvili hökumətin Bakı ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün hansı addımlar atdığını soruşub.

Parlament müzakirələrinin təşəbbüskarı olan Moşiaşvili Azərbaycanla strateji müttəfiqliyin müasirləşdirilməsi və bu ölkənin İbrahim sazişləri çərçivəsinə daxil edilməsinin mümkünlüyü məsələsini qaldırıb.

Deputatın sözlərinə görə, Azərbaycan uzun müddətdir ki, İsrailin regional təhlükəsizlik arxitekturasının mühüm elementi olmasına baxmayaraq, o, Amerika sanksiyalarından əziyyət çəkməkdə davam edir (söhbət Azadlıq Aktının bədnam 907-ci bölməsindən gedir).

İsrailli deputat Azərbaycanda yəhudi icmasının unikal statusunu da vurğulayaraq, onu “nümunəvi, fəal, firavan və xüsusilə birləşmiş” və dünyada yeganə müsəlman ölkəsində tam dövlət dəstəyi ilə mövcud olan icma adlandırıb.

“Azərbaycan yeganə müsəlman ölkəsidir ki, İsraillə əlaqələr təkcə hakim elita ilə məhdudlaşmır, həm də geniş əhali arasında dərin dəstək qazanıb”, - o vurğulayıb.

Millət vəkili çıxışında qeyd edib ki, 7 oktyabr hadisələrindən sonra da Azərbaycan müsəlmanları İsrailin Bakıdakı səfirliyinə gül dəstələri gətirərək, xatirə şamları yandıraraq, öz dəstəklərini bildiriblər.

Baş nazir Benyamin Netanyahunun adından deputatın çıxışını cavablandıran nazir Orit Ştrak deyib:

“Azərbaycan İsrailin Qafqazda mühüm strateji müttəfiqidir və bizim əlaqələrimiz təhlükəsizlik, ticarət, enerji və texnologiya sahələrində əməkdaşlığı əhatə edir”.

O, “İsrail və Azərbaycan arasındakı münasibətlərin qarşılıqlı maraqlara və çoxillik dostluğa əsaslanan unikal tərəfdaşlıq üzərində qurulduğunu” bildirib.

Onun sözlərinə görə, İsrail Azərbaycan və ABŞ ilə əməkdaşlığı gücləndirməkdə davam edəcək və onu pozmağa yönəlmiş istənilən cəhdə qəti şəkildə qarşı çıxacaq.

Nazir onu da qeyd edib ki, ölkələr arasında dialoq qarşılıqlı səfərlərdə, o cümlədən İsrail prezidentinin Azərbaycana səfəri və Azərbaycanın milli təhlükəsizlik müşavirinin İsrailə səfərində özünü göstərir.

"Bu münasibətlər İsrailin regionda müttəfiqlikləri gücləndirməyə və digər müsəlman ölkələri ilə körpülər qurmağa yönəlmiş daha geniş regional siyasətinə uyğundur", - Ştruk əlavə edib.

Öz növbəsində, İsrailin Baş Nazirlik Ofisi bəyan edib ki, ölkə İsrail, Azərbaycan və ABŞ arasında güclü üçtərəfli tərəfdaşlıq qurmaq üçün davamlı danışıqlar aparır. Bu danışıqlar həm də Azərbaycana qarşı tətbiq edilən ədalətsiz sanksiyaların ləğvinə aiddir.

Tarix
2025.03.08 / 15:10
Müəllif
Axar.az
Digər xəbərlər

Timoşenkodan Almaniyaya cavab: Qanımız bahasına?..

Bunun məsuliyyətini Türkiyə daşıyır - Arakçı

Əliyev sözünü də deyir, ancaq Kreml bilir ki… - Xalatyan

ABŞ ştatları Çini kovidə görə məhkəməyə verir - İlk qərar

Biznesmenlerin Azərbaycana səfəri təxirə salındı

Bakı o iki ermənini istəyir, Nikol razılaşa bilər - Şarmazanov

Ermənistan bu şəxsləri təhvil verməlidir - Hacıyev

Bakı Qəzza ilə bağlı Misirin irəli sürdüyü planı dəstəkləyir

Tramp Cənubi Qafqazda nələri dəyişəcək? - Bıstritski

Rusiya alverçidir, bizi satacaq - Süleymani

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla