Misli Premyer Liqasında XXVI turun növbəti oyunu keçirilib.
Axar.az xəbər verir ki, "Zirə" doğma meydanda turnir cədvəlinin autsayderi "Səbail"i qəbul edib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 90+6-cı dəqiqədə Ruan Renato vurub.
Xallarını 51-ə çatdıran meydan sahibləri ikinci, “dənizçilər” isə 18 xalla sonuncu - 10-cu yerdə qərarlaşıblar.
Günün ilk matçında "Şamaxı" doğma meydanda "Sabah"ı qəbul edib. Görüş birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 30-cu dəqiqədə Edqar Adilxanov vurub.
Bu nəticədən sonra xallarını 27-yə çatdıran bölgə təmsilçisi 7-ci sıradadır.Bakı klubu isə 34 xalla beşinci pillədə qalıb.
Qeyd edək ki, ötən gün turun açılış oyununda "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.