Yuxarı

Kanadada həmyerlimizin kafesi qarət olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kanadada həmyerlimizin kafesi qarət olundu

Bu gecə Toronto şəhərində həmyerlilərimizin ötən il açdığı "Cake Toronto" kafesi qarət olunub. "2727 Steeles Ave. West" küçəsində yerləşən kafenin rəhbəri Bahar Quliyeva hadisə ilə bağlı bizimlə söhbətində bildirib ki, gecə saatlarında naməlum şəxs kafenin şüşəsini qıraraq içəri daxil olub.

Axar.az Canazerbaijan.com-a istiadən xəbər verir ki, eyni vaxtda yaxınlıqda daha 4-5 fərqli obyektin qarət edildiyi məlum olub. Kafeyə təxminən 2 min dollar ziyan dəyib.

Təhlükəsizlik kameralarının görüntülərinə əsasən, oğru şüşəni sındırarkən özünü yaralayıb və kafenin içində cəmi 1 dəqiqə 10 saniyə qalıb. O, kassadakı az miqdarda xırda pulu götürərək kafeni tərk edib, lakin əsas maddi ziyan sındırılan şüşənin bərpası ilə bağlı olacaq.

Bahar Quliyevanın sözlərinə görə, böyük məbləğdə maddi ziyan olmadığı üçün sığorta şirkəti dəyən ziyanı qarşılamayacaq. Hadisədən sonra kafe rəhbərliyi dərhal polisə müraciət edib və təxminən 1 saat sonra polis hadisə yerinə gələrək hesabat hazırlayıb. Daha sonra kriminal ekspertlər əraziyə gələrək barmaq izi, qan izləri və təhlükəsizlik kameralarının görüntülərini götürüblər.

Oğrunun üzü açıq göründüyü üçün onu tapmaq ehtimalı yüksəkdir.

Qeyd edək ki, Cake Toronto ailə biznesidir və Azərbaycan şirniyyatları, qəhvə və çayla yanaşı, müxtəlif tortlar da satılır. Kafenin zövqlü interyeri Bakını xatırladır.

Tarix
2025.03.10 / 01:38
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla