Yuxarı

Yeni Klinika onları niyə həkim kimi təqdim edir? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni Klinika onları niyə həkim kimi təqdim edir? - Açıqlama

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli yalnız 6 il tibb təhsili alan və əlavə olaraq 4 il rezidentura keçən şəxslərin həkim-fizioterapevt hesab edilə biləcəyini açıqlayıb. O vurğulayıb ki, sadəcə 4 il bakalavr təhsili alan şəxslər həkim deyil, fizioterapist-reabilitoloqdur və müalicə fəaliyyəti ilə məşğul ola bilməzlər.

Bu kontekstdə diqqət çəkən məqamlardan biri də Yeni Klinikanın rəsmi saytında (yeniklinika.gov.az) 4 illik bakalavr təhsili alan bəzi fizioterapistlərin adlarının qarşısında “dr” yazılmasıdır. Eyni zamanda, saytda həmin mütəxəssislərin vəzifəsi “fizioterapevt” kimi qeyd edilib.

Məsələ ilə bağlı Yeni Klinikanın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova Axar.az-a açıqlama verərək məsələnin texniki xarakter daşıdığını bildirib.

“Saytımızda fizioterapiya şöbəsində çalışan bəzi mütəxəssislərin vəzifə və təhsil göstəriciləri ilə bağlı texniki qeyri-dəqiqlik aşkarlanıb. Məsələ ilə bağlı artıq müvafiq addımlar atılaraq, saytın texniki dəstəyini təmin edən şirkətə dəyişkliklər barədə məlumat verilib. Bildirmək istəyirik ki, ən qısa zamanda düzəlişlər saytda öz əksini tapacaq. Klinikamız şəffaflıq və yüksək səhiyyə standartlarını daim nəzarətdə saxlayır”, - o deyib.

Qeyd edək ki, səhiyyə sahəsində ixtisas və vəzifə uyğunluğunun qorunması pasiyentlərin düzgün diaqnostika və müalicə alması baxımından böyük əhəmiyyət daşıyır.

Tarix
2025.03.11 / 18:10
Müəllif
Maral Şahverdili
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla