Yuxarı

Dərnəgül taxta bazarında yanğın - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “Dərnəgül taxta bazarı” adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində bazar ərazisində taxta satışı məntəqəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər satış nöqtələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 140 kv.m. sahədə taxta altlıqlar, 2 ədəd dəzgah, 6 kv.m. sahədə taxta konstruksiyadan ibarət gözətçi otağı və 6 kv.m. sahədə satış köşkü yanıb.

Bazar ərazisində olan digər tikililər və materiallar yanğından mühafizə olunub.

Tarix
2025.03.12 / 09:06
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya atəşkəsə razı olmayacaq - Mixaylovdan sensasion baxış

Ermənistan bu məqsədlə hərbi təxribat törədə bilər

Sensasion hazırlıq: Bakıdan heyrətamiz dip-trafik – Nələr edir?

Prezident Tatyana Valovayanı qəbul etdi

Kişinyovda Bakıya qarşı təxribat - Rəsmən üzr istənildi

Prezident BMT Baş katibinin müavinini qəbul etdi

İlham Əliyev Nizami Mərkəzinin həmsədrlərini qəbul etdi

İt əl çəkib, Müvəhhedian əl çəkmir – Foto

Ukrayna Ciddədə razılaşdı, Rusiya pis vəziyyətə düşdü

Kremldən Bakıya ardıcıl jestlər: Nə baş verir?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla