Yuxarı

Lənkəranda direktor şagirdi döyüb? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 14-də Lənkəran rayon sakini Təhmasib Əsgərzadə 14 yaşlı övladının təhsil aldığı məktəbin direktoru Rövşən Əliyev tərəfindən döyülməsi barədə polisə şikayət edib.

Bu barədə Axar.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, müraciət əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması başlanıb, izahatlar alınıb. Məhkəmə-tibbi ekspertizası təyin edilsə də, Təhmasib Əsgərzadə övladının heç bir xəsarətinin olmamasını əsas gətirərək, onu müvafiq ekspertizadan keçirməkdən imtina edib.

Həmin tarixdə DİN-in "102" xidməti zəng mərkəzinə təkrar müraciət edərək qeyd edilən məsələ ilə bağlı heç bir şikayət və tələbinin olmadığını, aparılan araşdırmanın dayandırılmasını xahiş edib.

Qeyd edək ki, Lənkəran rayonu Tütəpeştə kənd orta məktəbində dərsə ikinci saat gələn şagirdin həmin məktəbin direktoru Rövşən Əliyev tərəfindən vəhşicəsinə döyülməsi və şagirdin dərhal xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər yayılıb.

Tarix
2025.03.15 / 14:53
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Xocalıda...

Tarix necə dəyişdi? – 9 Mayla bağlı maraqlı sənəd - Foto

Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla