Yuxarı

Adil Kərimli 4-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Adil Kərimli 4-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşdü

Martın 17-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Səbuhi Göyüşovla mentorluq proqramı çərçivəsində görüş keçirilib.

Axar.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli Səbuhi Göyüşovun timsalında müsabiqənin bütün qaliblərini təbrik edib, karyera uğurları arzulayıb.

Nazir layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqənin qalibləri ilə bundan sonra da sıx əməkdaşlıq edərək təcrübəsini bölüşəcəyini və onların potensiallarını üzə çıxarmağa kömək göstərəcəyini bildirib.

Yaradılan imkana və səmimi qəbula görə təşəkkür edən Səbuhi Göyüşov və “Yüksəliş”in İnsan resursları şöbəsinin müdiri Elmira Məmmədova müsabiqə qaliblərinin nazirin şəxsi təcrübəsindən faydalanmasının karyera və şəxsi inkişaf baxımından gözəl imkan olduğunu diqqətə çatdırıblar.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

Tarix
2025.03.17 / 16:32
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla