Yuxarı

Ölkəmizdə ilk: Gənclər arasında marketinq müsabiqəsi keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəmizdə ilk: Gənclər arasında marketinq müsabiqəsi keçirildi

“Azərsun Holdinq”in təşəbbüsü ilə Azərbaycanda ilk dəfə gənclər arasında marketinq müsabiqəsi təşkil olunub.

Unikal təcrübə qazandıran “Brand Boom” layihəsinin məqsədi tələbələrə məhsul yeniliyi təklifi vermək, onun marketinq mərhələlərini hazırlamaq və ən əsası, komandada iş bacarıqlarını inkişaf etdirməkdir.

Bu müsabiqə eyni zamanda gənclərə innovativ düşünmə, marketinq strategiyalarını hazırlama və real layihələrlə işləmək imkanı yaradıb.

Ölkəmizdə ilk dəfə təşkil olunan “Brand Boom” böyük marağa səbəb olub.

Beş mərhələdən ibarət olan layihədə tələbələr öz yenilikçi ideyalarını təqdim edib, növbəti mərhələdə layihələrinə dəstək olacaq peşəkarlarla görüş keçiriblər.

Sonda isə hazır olan layihələrin təqdimatı olub və qalib komanda müəyyən edilib.

Müsabiqə nəticəsində ilk yeri “TrueMUN”, ikinci yeri “BuzzMasters”, üçüncü yeri “R.A.R Crew” və “Chill Group” komandaları, özəl jüri mükafatını isə “SPARK” qazanıb.

Qeyd edək ki, layihə “Azərsun Holdinq”in “Feel True”, “Coolmix” “Pure Sense” markaları ilə birgə ərsəyə gətirilib.

Gənclərin marketinq sahəsində geniş təcrübə əldə etməsini hədəfləyən “Brand Boom” layihəsi ilə bağlı ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz.

Tarix
2025.03.18 / 18:10
Müəllif
Axar.az
Digər xəbərlər

Almaniya "Nardaran ssenarisi" ilə üzləşir - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla