Yuxarı

Avtomobil gətirənlərin nəzərinə: Terminal haqqı artırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtomobil gətirənlərin nəzərinə: Terminal haqqı artırıldı

Xarici ölkələrdən gətirilən və gömrük terminalına daxil olan avtomobillər üçün ödənilən terminal haqqı artırılıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, terminal haqqı 200 manatdan 300 manata qaldırılıb.

Məlumatda qeyd olunub ki, terminal haqqının artması ilə yanaşı, yeni bəyannamə sənədi də tələb olunur. Yəni avtomobil ölkəyə gəlməmişdən əvvəl onun haqqında bəyannamə hazırlanıb gömrük orqanına təqdim olunmalıdır. Bu sənədin təxmini qiyməti isə 35 manatdır.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən bildirilib ki, terminalla bağlı məsələnin gömrük orqanına aidiyyəti yoxdur:

"Digər məsələyə gəlincə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində edilmiş 28 dekabr 2018-ci il tarixli dəyişikliyə əsasən, 1 fevral 2019-cu ildən mallar gömrük ərazisinə gətirilmədən əvvəl fiziki şəxslər (kommersiya məqsədləri ilə malları ölkəyə idxal edən fərdi sahibkarlar) tərəfindən gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməlidir".

O ki qaldı sənədin qiymətinə, qurumdan vurğulanıb ki, qeyd edilən məbləğ qısa idxal bəyannaməsinə görə gömrük məqsədləri üçün məlumatların gömrük orqanlarının informasiya sisteminə etibarlı, dayanıqlı və fasiləsiz təqdim edilməsi işinin təşkili üçün alınır və müvafiq təsdiqedici sənəd təqdim olunur.

Tarix
2025.03.19 / 01:09
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla