Yuxarı

Əfqanıstanda yüksək vəzifə alan azərbaycanlı kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmvətənimiz Namiq Heydərov Əfqanıstanın Yardım və İnkişaf Koordinasiyası Agentliyinə (ACBAR) rəhbərlik edəcək.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, ACBAR 1988-ci ildən Pakistanın Pişəvar şəhərində, Pakistan-Əfqanıstan sərhədində əfqan qaçqınları ilə çalışan QHT-lərin təşəbbüsü ilə humanitar yardım və xidmətlərin koordinasiyasını təmin etmək məqsədilə yaradılıb və 203 beynəlxalq və yerli QHT-ni bir araya gətirən agentlikdir. Özünün 35 illik təcrübəsinə əsaslanaraq əfqan xalqının rifahı və inkişafı naminə müxtəlif beynəlxalq və yerli QHT-lər, eləcə də dövlət orqanları arasında əməkdaşlığı effektiv şəkildə koordinasiya edir. 2002-ci ildən ACBAR-ın baş bürosu Əfqanıstanın paytaxtı Kabildədir və hazırda təşkilat ölkənin yeddi vilayətində fəaliyyət göstərir, yaxın gələcəkdə isə daha da genişlənməyi planlaşdırır.

ACBAR-ın ali orqanı Ümumi Assambleyadır ki, bu da bütün üzvlərin iştirakını təmin edir, təşkilatın inklüzivlik və əməkdaşlıq prinsiplərinə sadiq olduğunu nümayiş etdirir, demokratik idarəetmə strukturunda fəaliyyət göstərir.

Bir qədər də Agentliyin yeni təyin edilmiş rəhbəri, həmvətənlimiz Namiq Heydərov haqda.

Namiq Heydərov beynəlxalq inkişaf, humanitar yardım, diplomatiya və terrorizmə qarşı mübarizə sahəsində yüksək ixtisaslı mütəxəssisdir. O, Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında beynəlxalq münasibətlər üzrə PhD dərəcəsi alıb və Harvard Universitetində əlavə akademik hazırlıq keçib. Karyerası ərzində BMT və aparıcı beynəlxalq qeyri-hökumət təşkilatlarında rəhbər vəzifələrdə çalışıb, İranda, Əfqanıstanda, Pakistanda, Mərkəzi Asiya və Yaxın Şərqdə əsas humanitar və inkişaf proqramlarını idarə edib. O, bölgədə yüksək səviyyəli siyasi danışıqlarda fəal iştirak edib, strateji təşəbbüslər və diplomatik proseslərə töhfələr verib. Terrorizmə qarşı mübarizə üzrə mütəxəssis olan N.Heydərov BMT-nin Əl-Qaidə və İŞİD fəaliyyəti üzrə ən məlumatlı mütəxəssislərindən biri hesab olunur.

O, terrorizmə qarşı mübarizə, radikalizmin qarşısının alınması və təhlükəsizlik strategiyalarının hazırlanması sahəsində dövlət orqanları, beynəlxalq təşkilatlar və təhlükəsizlik strukturları ilə sıx əməkdaşlıq edib. Böhran idarəetməsi, diplomatik danışıqlar və tərəfdaşlıq əlaqələrinin yaradılması sahəsində əhəmiyyətli təcrübəyə malik olan Namiq Heydərov mürəkkəb beynəlxalq şəraitdə effektiv fəaliyyət göstərir. Azərbaycan, rus, ingilis, fars və türk dillərini bilməsi ona müxtəlif geosiyasi kontekstlərdə uğurla çalışmaq imkanı yaradır.

Tarix
2025.03.21 / 18:27
Müəllif
Axar.az
Digər xəbərlər

Qalib Azərbaycan belə vəziyyətlə barışa bilməzdi...

Bu əməliyyat dövlət suverenliyinin bərpasının yeganə yolu idi

Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi

Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla