Yuxarı

Avtobus ağaca çırpıldı: xəsarət alanlar var - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtobus ağaca çırpıldı: xəsarət alanlar var - Video

Bakı şəhəri, Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ilə hərəkətdə olan Bakı Bus MMC-yə məxsus 10 nömrəli marşrut xəttinin avtobusu Qəzənfər Musabəyov parkının yaxınlığından keçərkən ağaca çırpılıb.

Hadisə ilə bağlı açıqlama verən Bakı Bus MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, avtobusun ağaca çırpılmasına səbəb ehtiyatsızlıq olub:

“Bu gün saat 7:10-da Bakı Bus MMC-nin balansında olan 10 nömrəli marşrut xətti üzrə hərəkət edən 77 JA 658 dövlət qeydiyyat nişanlı avtobus Nazim Hikmət küçəsi, 73 ünvanında (Mirəli Seyidov küçəsi ilə kəsişmədə) hərəkətdə olarkən yol kənarındakı ağaca çırpılıb. Nəticədə ağac qırılaraq dayanacaqda dayanan 90 TE 377 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə aşıb.

İlkin məlumata əsasən, nəqliyyat vasitəsinin sürücüsü Şəhriyar Məcidzadə ehtiyatsızlıq səbəbindən idarəetməni itirib və nəticədə avtobus yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində avtobusda olan 3 sərnişin yüngül xəsarət alıb və dərhal təcili tibbi yardım avtomobilinin vasitəsilə 1 saylı Klinik Xəstəxanaya aparılaraq ilkin tibbi müdaxilə edilib, hazırda onların vəziyyəti normaldır. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və hazırda araşdırma aparılır”.

Tarix
2025.03.24 / 10:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla