Yuxarı

Əliyevin səlahiyyəti bitir: Yeni baş prokuror kim olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevin səlahiyyəti bitir: Yeni baş prokuror kim olacaq?

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin səlahiyyət müddəti bitir.

Axar.az xəbər verir ki, o, 2020-ci il may ayının 1-də vəzifəyə təyin olunub.

"Prokurorluq haqqında" qanunun 16-cı maddəsinə əsasən, baş prokurorun səlahiyyət müddəti 5 ildir. K.Əliyevin vəzifədə olma müddəti 2025-ci il may ayının 1-də sona çatır.

Azərbaycan Konstitusiyasının 133-cü maddəsinə əsasən, baş prokuroru Azərbaycan Prezidenti Milli Məclisin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.

Qanunvericiliyin tələbinə uyğun olaraq parlament may ayının 1-dək baş prokurorun təyinatı ilə bağlı məsələyə baxmalıdır.

"Prokurorluq haqqında" qanun bir şəxsin neçə dəfə baş prokuror təyin olunmasına hər hansı məhdudiyyət qoymur.

Tarix
2025.03.26 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla