Yuxarı

Adambaşına neçə manat fitrə zəkatı verilməlidir? - Şeyx

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Adambaşına neçə manat fitrə zəkatı verilməlidir? - Şeyx

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə builki Ramazan ayının fitrə zəkatı ilə bağlı çağırış edib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, o, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının Ramazan ayının son günü - bayram axşamı şam namazından sonra verilməli olduğunu bildirib.

"Qazılar Şurasının fitvasına görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır", - QMİ sədri vurğulayıb.

A.Paşazadə qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il şəvval ayının 1-i - Ramazan bayramı miladi təqvimlə martın 30-na təsadüf edir.

Qeyd edək ki, Ramazan ayı martın 1-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramıdır.

Tarix
2025.03.29 / 13:45
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla