Yuxarı

Bakıda 213 "kirayə mənzil" satışa çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 213 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.

Bu barədə Axar.az-a Fonddan bildirilib.

Məlumata görə, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 954 manatdan başlayır.

Qeyd edək ki, yaşayış sahələri çoxmənzilli bina kompleksində yerləşir və təmir edilib. Mənzillər elektrik enerjisi, qaz və su ilə tam təchiz olunub. Kompleks geniş həyətyanı sahəyə və yeraltı qaraja malikdir. Həyətyanı sahədə sakinlərin istirahəti üçün şərait yaradılıb, müxtəlif idman qurğuları, uşaq oyun meydançası quraşdırılıb. Ərazidə uşaq bağçası və məktəb mövcuddur. Metronun “Dərnəgül” stansiyasından 50 metrlik məsafədə yerləşən kompleksin yaxınlığında həmçinin avtobus dayanacağı və digər zəruri infrastruktur mövcuddur.

Yeni mənzillər vətəndaşların seçimi üçün 08 aprel 2025-ci ildən etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Tarix
2025.04.01 / 18:15
Müəllif
Axar.az
Digər xəbərlər

"Azərsun Holdinq”in yeni sədri bəlli oldu

Mnatsakanyan təsdiqlədi: "Ordunun komandanı" olub

Rustavidə saxlanılan İŞİD üzvü Azərbaycan vətəndaşıdır

Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə görüşdü

Əmlakın müsadirəsi ilə bağlı yeni qərar

Balayanın 1991-ci ildə istintaqa ifadəsi: hücum edənlər...

Ağacları kütləvi şəkildə kəsənlər vəzifəli şəxslər imiş

Pənahov ABŞ-da 2 milyonluq villanı hansı pulla alıb?

Başçı bir ərazini iki şəxsə satdı, məhkəməni isə saymırlar...

Xocalıda qumbara partladı: yaralı var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla