Yuxarı

Sosial şəbəkədəki falçılar... – DİN-dən xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sosial şəbəkədəki falçılar... – DİN-dən xəbərdarlıq

Sosial şəbəkələrdə “falçılıq”, “baxıcılıq” və digər adlar altında şirnikləndirici paylaşımlarla vətəndaşların aldadılaraq, pullarının mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrafilli bildirib.

Onun sözlərinə görə, bu kimi hallarda özünü “falçı” və ya “baxıcı” kimi təqdim edən şəxslər vətəndaşlardan müxtəlif məbləğlərdə ödəniş tələb edir, onlayn köçürmə yolu ilə pulu aldıqdan sonra isə sosial şəbəkə hesablarını bloklayaraq məsuliyyətdən yayınırlar.

Lumu İsrafilli vurğulayıb ki, vətəndaşlardan mənimsənilən məbləğin miqdarına görə bu cür faktlar üzrə inzibati və ya cinayət işi açılır.

DİN rəsmisi sosial şəbəkə istifadəçilərinə bu tipli elanlara inanaraq ödəniş etməmələri və şəxsi məlumatlarını tanımadıqları şəxslərlə paylaşmamaları barədə xəbərdarlıq edib.

Tarix
2025.04.02 / 16:03
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla