Yuxarı

Həsən Kür evə buraxıldı: yeriyə bilmir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həsən Kür evə buraxıldı: yeriyə bilmir

Xəstə Həsən Zeynallı (Kür) dünən xəstəxanadan evə buraxılıb.

Axar.az xəbər verir ki, bu barədə APA-ya Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu Leyla Mərcan məlumat verib.

Leyla Mərcan bildirib ki, Həsən Kürün əməliyyatdan sonrakı yaraları sağalmağa doğru gedir, vəziyyəti stabildir:

“Hələ ki yeriyə bilmir, ancaq ümidvarıq ki, bir ay sonra həkimlərin səyi nəticəsində ayağa qalxacaq”.

Həkim qeyd edib ki, evə buraxılmazdan əvvəl Həsən Kürün beyni Kompüter Tomoqrafiyasından keçirilib:

“Nəticələrə əsasən deyə bilərik ki, beynindəki qansızmalar tədricən sovrulur. Qanın tamamilə çəkilməsi üçün vaxt lazımdır. Bir qədər yaddaş pozuntusu var. Həmin istiqamətdə ambulator müalicə təyin etmişik”.

Qeyd edək ki, fevralın 22-si gənc şair Həsən Kür intihara cəhd edib. Belə ki, o, "Sevinc Moll" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O, həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib.

Həsən Kür İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Tarix
2025.04.03 / 16:24
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla