Yuxarı

Salyanda baş verən müəmmalı qətlin təfərrüatı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Salyanda baş verən müəmmalı qətlin təfərrüatı - Foto

Fevralın 19-da gecə saatlarında Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib. Qətl hadisəsi rayonun Qızılağac kənd İcra nümayəndəliyinin Alçalı yaşayış məntəqəsində yerləşən restoranın qarşısında qeydə alınıb.

Alçalı sakini 44 yaşlı Şəmsəddin Usu oğlu Əsədovla həmyerlisi, 39 yaşlı İlqar Zakir oğlu Nəzirov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Şəmsəddin Əsədov münaqişə zəminində həmkəndlisi İlqar Nəzirovu bıçaqla qətlə yetirib.

Mərhumun yaxınlarının "Axar.az"a verdiyi məlumata görə, dörd dost restoranda yeyib-içərkən Şəmsəddin Əsədovla İlqar Nəzirov arasında mübahisə yaşanıb, lakin mübahisə edən dostlar elə süfrə arxasındaca sakitləşiblər.

Bir müddət sonra dostlardan üçü restoranı tərk edərək yaxınlıqdakı dayanacağa tərəf gedib, siqaret almaq adıyla geri qayıdan Şəmsəddin Əsədov siqaret əvəzinə əlində restoranda işlədilən böyük bıçaq olub. İlqar Nəzirova arxadan yaxınlaşan Şəmsəddin Əsədov mərhumun kürək və böyür nahiyəsindən iki bıçaq zərbəsi vurub.

Mərhumun yanındakı, adları istintaqa məlum olan şəxslərin təcili yardıma və yaxınlarına gec məlumat verməsi, eyni zamanda, Salyan Rayon Mərkəzi Xəstəxanasından göndərilən təcili yardım maşının vaxtından çox gec gəlməsi nəticəsində İ.Nəzirov xəstəxanaya aparılarkən yolda keçinib.

Mərhumun meyiti 19 fevral günorta saatlarında kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəmsəddin Əsədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Salyan rayon prokuroru Firdovsi Nemətli əməkdaşımıza açıqlamasında bildirib ki, istintaq aparılır: "Təqsirləndirilən şəxs hazırda dindirilir. Mərhum İlqar Nəzirov qətlə yetirilən zaman yanında olan bütün vətəndaşların kimliyi istintaqa məlumdur, hamısı ayrı-ayrılıqda istintaqa cəlb edilib. Araşdırma davam etdiyindən daha geniş bilgi verə bilmərəm".

Qeyd edək ki, mərhum İlqar Nəzirov ailəli idi, 3 övladı var.

Tarix
2014.02.21 / 13:53
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla