Yuxarı

“Azərenerji”dən hansı səlahiyyətlər alındı? – Fərman

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərenerji”dən hansı səlahiyyətlər alındı? – Fərman

Ötən gün Prezident İlham Əliyev Bakıelektrikşəbəkə Açıq Səhmdar Cəmiyyətinin Azərişıq Açıq Səhmdar Cəmiyyəti adlandırılması və onun fəaliyyətinin təşkili ilə əlaqədar Azərbaycan Prezidentinin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 2014-cü il 3 mart tarixli 119 nömrəli fərmanında və bəzi sərəncamlarında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Axar.az xəbər verir ki, fərmana əsasən, "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı"nın II hissəsinin 8-ci, 13-cü və 19-cu bəndlərinin "İcra orqanları" sütununda "Azərenerji Səhmdar Cəmiyyəti" sözləri Azərişıq Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilib.

Beləliklə, qaçqınların və məcburi köçkünlərin yaşadıqları ərazilərdə elektrik enerjisi təchizatının yaxşılaşdırılması, repatriasiya dövründə zəruri obyektlərin elektrik enerjisi ilə təchiz olunması "Azərenerji"dən "Azərişığ"a verilib.

Bundan əlavə, "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı"nın 2.3.1-ci yarımbəndinin "İcraçı qurumlar" sütununda "Azərenerji" sözü "Azərişıq" sözü ilə əvəz edilib.

Sözügedən bəndə əsasən, sanatoriya-kurort müəssisələrinin etibarlı elektrik enerjisi ilə təminatı "Azərenerji"dən alınaraq "Azərişığ"a verilib.

Tarix
2016.06.02 / 10:36
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla