Yuxarı

"Birbank" QR ödənişləri ilə ƏDV-ni dərhal geri alın

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Birbank" QR ödənişləri ilə ƏDV-ni dərhal geri alın

"Birbank" müştərilərinin həyatını asanlaşdıran yeniliklərlə xidmətini genişləndirməyə davam edir. Artıq QR ödənişləri ilə alış-veriş edərkən ƏDV məbləğini 30 gün gözləmədən dərhal geri almaq mümkün olacaq.

Bunun üçün ödənişlər Birbank mobil tətbiqinin skan funksiyasından istifadə etməklə, eləcə də Birbank kartı ilə həyata keçirilməlidir. ƏDV məbləği isə ödəniş qəbzi "Birbank" mobil tətbiqinə əlavə edildikdən dərhal sonra “ƏDV geri al” balansına əlavə olunacaq. Bu imkan yalnız "Birbank" və PAŞA Bank-a məxsus POS terminallarda edilən və m10 QR ödənişlərinə şamil edilir.

Qeyd edək ki, “ƏDV geri al” portalında bir istifadəçi gün ərzində maksimum 10, ay ərzində isə 50 qəbz üzrə ƏDV-nin dərhal qaytarılması imkanından faydalana bilər. ƏDV-nin dərhal geri alınması hər biri 200 AZN-dən çox olmayan ödənişlərə şamil edilir.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən "Birbank" 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı "Kapital Bank" adı altında müştərilərinə xidmət göstərib və "Paşa Holding"ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2025.04.08 / 14:39
Müəllif
Axar.az
Digər xəbərlər

Rəhman Mustafayev Mixail Qaluzinlə görüşdü

Artıq bəsdir: İran bu Əbülfəzli susdurmalıdır!

Şimali Kiprin baş naziri Azərbaycana gəlir

Ermənilər Azərbaycan mahnısına oynadılar - Video

Kremlin İrəvanla bağlı siyasəti: Buna məcburdur!

Azovda həlak olan azərbaycanlıların nəşləri tapıldı

Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Bu ölkələrə səfər etməyin - XİN-dən xəbərdarlıq

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

Rusiya Bakı və İrəvanı itirir, tək qalıb - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla