Yuxarı

İngiltərəyə vizanı İstanbuldan alacağıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin viza şöbəsinin ləğv olunması yalnız Azərbaycana aid deyil.

Bu, yeni bir biznes modelidir və Britaniya onu bütün dünyada tətbiq edir.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddıq səfirliyin viza şöbəsinin bağlanmasına aydınlıq gətirərkən bildirib (Gün.Az).

Onun sözlərinə görə, hazırda Britaniya bütün viza məsələlərini dünyanın bir neçə ölkəsi üzrə mərkəzlərdə yerləşdirir:

"Beləliklə bu region üçün mərkəzimiz İstanbulda yerləşəcək. Artıq biz viza xidmətləri üzrə beynəlxalq səviyyədə tanınmış və nüfuzlu özəl şirkətlə işləyəcəyik. Həmin şirkət görüş təyin edəcək, ərizələrin qəbulunu aparacaq, daha çevik işləyəcək. Çünki səfirlik olaraq bizim imkanlarımız bəzən məhdud ola bilər" .

Diplomat bildirib ki, bir sözlə, Azərbaycandan müraciət edənlərə daha keyfiyyətli xidmətlər göstəriləcək və onların imkanları artacaq. Bir az çox pul ödənildiyi halda isə xidmətlər daha operativ göstərilə bilər.

Yaxud müraciət edən ödəniş etdikdən sonra vizanı özü deyil, kuryer vasitəsilə də əldə edə bilər.

Səfirin sözlərinə görə, yeganə dəyişilən budur ki, viza barədə qərar İstanbuldakı konsul tərəfindən qəbul olunacaq:

"İstanbulda yerləşən mərkəzimiz daha böyük və heyətimiz daha genişdir. Ona görə qərar da daha tez qəbul olunacaq".

Səfir bildirib ki, bu yeniliyin tətbiq edilməsinin səbəblərindən biri də odur ki, Azərbaycandan Britaniyaya səfər edənlərin sayı artsın.

"Çünki bizim həmin özəl şirkətlə müqaviləmiz var və həmin sənəd üzrə onlar daha çox ərizə qəbul etməlidirlər. Hər il Azərbaycandan Britaniyaya 8-9 min nəfər səfər edir, ötən illərlə müqayisədə 20 faiz artım müşahidə olunur. Amma yeni struktur bu rəqəmlərin artmasına imkan verəcək".

Tarix
2014.02.21 / 16:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla