Yuxarı

Metronun "28 May" stansiyası bu tarixdə bağlanır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metronun "28 May" stansiyası bu tarixdə bağlanır

Bakı Metropoliteninin "28 May" stansiyasından qatarların "Dərnəgül" istiqamətində hərəkətinə məhdudiyyət "Cəfər Cabbarlı-Nizami" mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası dövründə qoyulacaq.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a Bakı Metropolitenindən bildirilib.

Qeyd olunub ki, tikinti işlərinə ilin son rübündə başlanılması nəzərdə tutulub.

"Sərnişinlərin “Qırmızı” və “Yaşıl” xətlərdən, həmçinin "28 May" və "Nizami" stansiyalarından bir-birinə keçidin təşkili ilə bağlı əlavə tədbirlərə tam aydınlıq gətirildikdən sonra ictimaiyyətə məlumat veriləcək", - qurumdan bildirilib.

Qeyd edək ki, Bakı Metropoliteninin “28 May” stansiyasında kəsişərək birləşən “Qırmızı” və "Yaşıl” xətlərin ayrılması layihəsinin əsas tərkib hissələrindən biri kimi “Dərnəgül” elektrik deposunun inşasına başlanılır. Birinci mərhələ tamamlandıqdan sonra “Qırmızı" və “Yaşıl” xətlərin ayrılması üçün “Cəfər Cabbarlı” və “Nizami” stansiyasiyaları arasında təxminən 200 metrlik tunelin inşası planlaşdırılır. Həmin dövrdə “Qırmızı” xətt üzrə qatarların hərəkəti olduğu kimi qalacaq. Qatarlar “İçərişəhər"- "Həzi Aslanov” istiqamətində hərəkət edəcək.

“Yaşıl” xətlərin ayrılması layihəsi çərçivəsində metronun “28 May” stansiyası qismən bağlanacaq.

Tarix
2025.04.09 / 09:46
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla Ukrayna arasında mühüm müzakirə

Bu nazirlikdə yeni agentlik yaradıldı

İlham Əliyev ABŞ-da: Brandtla görüşdü...

ABŞ Bakıya bu hərbi texnikanı göndərir - Nə baş verir?

Mehriban Əliyeva Ramazan ayı ilə bağlı bu sözləri yazdı

“Amnesti İnternəşnl”ın bəyanatı əsassızdır - QAİ

Bakıda saxlanılan 11 rusiyalının azad edilməsi... - Zaxarova

Hüseynovlar rus kəşfiyyatının alətinə çevriliblər

Səhiyyədə qaranlıq büdcə: TƏBİB niyə illərdir hesabat vermir?

Vensin İrəvanda təhqiramiz addımı və səhvi... - Sasunyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla