Yuxarı

Səhiyyədə qaranlıq büdcə: TƏBİB niyə illərdir hesabat vermir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səhiyyədə qaranlıq büdcə: TƏBİB niyə illərdir hesabat vermir?

İqtisadçı Rövşən Ağayev TƏBİB rəhbərliyində baş verən dəyişikliklər və səhiyyə sistemində mümkün struktur islahatları fonunda icbari tibbi sığortanın real vəziyyəti ilə bağlı bir sıra ciddi suallar qaldırıb.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, ekspert sosial şəbəkə paylaşımında TƏBİB rəhbərinin vəzifədən azad edilməsindən sonra səhiyyə mövzusunun yenidən aktuallaşdığını qeyd edərək, artıq təxminən 5 ildir tətbiq olunan icbari tibbi sığorta sistemində əsas mexanizmlərin hələ də şəffaf işləmədiyini bildirib.

Rövşən Ağayev xüsusilə aşağıdakı məqamların ictimaiyyət üçün qaranlıq qaldığını vurğulayıb:

• icbari tibbi sığortanın əsas dayaqlarından olan unikal pasiyent identifikasiya sisteminin hansı mərhələdə olduğu;

• dövlət və özəl xəstəxanaların elektron səhiyyə platformasına inteqrasiyasının real vəziyyəti;

• tibbi infrastrukturla bağlı açıq statistik məlumatların niyə açıqlanmadığı.

İqtisadçı qeyd edib ki, OECD ölkələri üzrə hesabatlarda hər 100 min nəfərə düşən MRT, EKQ, USM aparatları, təcili yardım maşınlarının sayı, regionlar üzrə bölgü kimi göstəricilər müntəzəm dərc olunur. Azərbaycanda isə bu cür məlumatlar açıq mənbələrdə yer almır.

Ekspert daha bir vacib məsələyə də toxunub: artıq 4 ildir büdcəsi təsdiqlənən İcbari Tibbi Sığorta Fondunun icrası ilə bağlı təfsilatlı hesabatların açıqlanmaması.

Onun sözlərinə görə, cəmiyyət bilməlidir:

• vəsaitlər dərmana, əməkhaqqına, avadanlığa və təmirə necə bölünür;

• xərclər rayonlar üzrə necə paylanır;

• hər rayonda neçə nəfər icbari tibbi sığortadan istifadə edir;

• əsas xidmətlər üzrə istifadəçi statistikası nə yerdədir.

Rövşən Ağayev vurğulayıb ki, effektiv səhiyyə və icbari tibbi sığorta sisteminin qurulmasının əsas şərtlərindən biri şəffaflıq və hesabatlılıqdır:

“Bu olmadan nə vətəndaşın etimadını qazanmaq, nə də real islahat aparmaq mümkündür.”

Qeyd edək ki, TƏBİB rəhbərliyində baş verən son dəyişikliklərdən sonra səhiyyə sistemində daha geniş struktur qərarlarının gündəmdə olduğu bildirilir.

Tarix
2026.02.18 / 13:21
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla