Yuxarı

Ramazan ayı başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramazan ayı başladı

Bu gündən Ramazan ayı başlayıb.

Axar.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayının başlanması münasibəti ilə yaydığı fətvada bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf etdiyi qeyd olunub.

Fətvada bildirilib ki, Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq, böyük ehtimalla 20 marta təsadüf edəcək:

"Ayın üfüqi vəziyyəti ilə bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinın Qazılar Şurası Eydül-Fitr – Ramazan bayramının tarixi barədə əlahiddə məlumat verəcək.

Qeyd edək ki, Şəvval ayının 1-i (martın 20-si) Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq.

Xatırladaq ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.

Bundan başqa, Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvimə əsasən, ilk Qədr (Əhya) gecəsi martın 8-i, digərləri isə martın 10-u, 12-si və 16-sı olacaq.

Tarix
2026.02.19 / 00:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla Ukrayna arasında mühüm müzakirə

Bu nazirlikdə yeni agentlik yaradıldı

İlham Əliyev ABŞ-da: Brandtla görüşdü...

ABŞ Bakıya bu hərbi texnikanı göndərir - Nə baş verir?

Mehriban Əliyeva Ramazan ayı ilə bağlı bu sözləri yazdı

“Amnesti İnternəşnl”ın bəyanatı əsassızdır - QAİ

Bakıda saxlanılan 11 rusiyalının azad edilməsi... - Zaxarova

Hüseynovlar rus kəşfiyyatının alətinə çevriliblər

Səhiyyədə qaranlıq büdcə: TƏBİB niyə illərdir hesabat vermir?

Vensin İrəvanda təhqiramiz addımı və səhvi... - Sasunyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla