Yuxarı

Macarıstan səfiri ADU-nun qonağı oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 10-da Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma ADU-nun qonağı olub.

Axar.az xəbər verir ki, görüşdə Mədəni diplomatiya departamentinin rəhbəri Eszter Pap, mədəniyyət və təhsil diplomatı Monika Felföldi də iştirak ediblər.

ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri və qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan və Macarıstan arasında sıx iqtisadi, siyasi, elmi, mədəni əlaqələr mövcuddur. Beynəlxalq əlaqələrin inkişafı özünü elmi, mədəni sahələrdə də yüksələn xətlə göstərməkdədir. Macarıstanda fəaliyyətə başlayacaq Azərbaycan dili və mədəniyyəti mərkəzi haqqında danışan rektor, qarşılıqlı əlaqələrin qurulması istiqamətində əlverişli imkanların mövcudluğundan bəhs edib.

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkürünü bildirən səfir ADU ilə əlaqələrin perspektivlərindən söz açıb. Bildirilib ki, Macarıstan universitetləri ilə ADU-nun əlaqələrinin möhkəmlənməsi istiqamətində səfirlik tərəfindən daima dəstək göstəriləcək.

Görüşdə Azərbaycan Dillər Universiteti ilə Macarıstan Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum yenilənib. 2022-ci il avqustun 2-də bağlanmış müqavilə yenilənərək 3 illik müddətinə uzadılıb.

Daha sonra səfir ADU-nun Macar Dili və Mədəniyyəti Mərkəzində olub, tələbələrlə görüşüb.

Tarix
2025.04.11 / 19:16
Müəllif
Axar.az
Digər xəbərlər

Qazaxıstan nümayəndələri Azərbaycan HHQ-ni ziyarət etdi – Foto

Babayandan etiraf: Xocalı soyqırımında iştirak etmişəm

İnternet Vergi İdarəsinə giriş təhlükədə ola bilər - Çağırış

Sahibə Qafarova MDB PA-da çıxış etdi

Büdcədə 2 milyarda yaxın profisit yarandı

Azərbaycana PUA ilə narkotik keçirtmək istədilər - Foto

Müdafiə və milli təhlükəsizlik xərcləri kəskin artırıldı

Polşa onu Azərbaycana səfir təyin etdi

İrəvanın ümidi Ərdoğanın getməsidir - Solonnikov

AB-nin Ankara və Bakıya “türk zərbəsi”: Cavabı olacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla