Yuxarı

Üç övladının gözü qarşısında ərini öldürən Aysu azadlıqda!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üç övladının gözü qarşısında ərini öldürən Aysu azadlıqda!

Gəncə məhkəməsi Bərdə rayonunda baş verən ailə faciəsi ilə bağlı qərar çıxarıb.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, hadisə 2023-cü ildə gecə saatlarında üç azyaşlı uşağın gözü qarşısında baş verib.

Məhkəmə sənədlərinə əsasən, Aysu Çərkəzli həyat yoldaşı Nurlan Çərkəzlini qəsdən öldürsə də, bu əməli anlaqsız vəziyyətdə törətdiyi müəyyən olunub və o, cinayət məsuliyyətindən azad edilib.

İstintaq və məhkəmə sənədlərinə əsasən, Aysu Çərkəzli uzun müddət ailədaxili zorakılığa məruz qalıb. Hadisə baş verən gecə isə Nurlan Çərkəzli spirtli içki qəbul etdikdən sonra evə qayıdaraq həyat yoldaşını hədələyib:

"Səni öldürəcəyəm, get, mətbəxdən bıçağı gətir".

Daha sonra evdə olan pnevmatik silahı güllə ilə dolduraraq Aysuya qarşı təzyiqləri davam etdirib.

Aysu həmin anda psixi gərginlik və qorxu içində mətbəxdən bıçaq gətirib və nəticədə həyat yoldaşına ölümcül zərbələr endirib.

Aysu Çərkəzlinin məhkəmədə bildirdiyinə görə, hadisə günü baş verənlər və Nurlanın davranışları onda "kəskin stres" və "patoloji affekt" yaradıb. Tibbi ekspertizanın rəyinə əsasən, Aysu "orta dərəcəli depressiv pozuntu" diaqnozu ilə həmin an anlaqsız vəziyyətdə olub. Bu səbəbdən o, törətdiyi əməli dərk və idarəetmə qabiliyyətini itirmiş hesab olunub.

Hadisə şahidi olan üç azyaşlı uşağın məhkəmədə verdiyi ifadələr də ailədə davam edən zorakılığın və gərginliyin izlərini təsdiqləyir. Uşaqlardan biri atasının anasına qarşı fiziki və psixoloji təzyiqlər göstərdiyini, bıçaqla vurulan anın şahidi olduğunu bildirib. Digərləri isə hadisə zamanı qorxudan yuxuya getdiklərini, səhər valideynlərini qan içində gördüklərini deyiblər.

Məhkəmə Aysu Çərkəzlinin əməli törədərkən psixi vəziyyətinin sabit olmadığını sübuta yetirərək onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edib. Qərara əsasən, Aysu Çərkəzli barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi tibbi müalicə tədbiri tətbiq olunacaq. Onun müalicəsi Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında həyata keçiriləcək.

Tarix
2025.04.18 / 19:44
Müəllif
Axar.az
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla