Yuxarı

Xankəndidə 3 marşrut xətti istifadəyə verildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndidə 3 marşrut xətti istifadəyə verildi - Foto

2026.04.24, 20:32

Xankəndi şəhərində müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, yeni ictimai nəqliyyat şəbəkəsi şəhərin bütün əsas küçə və istiqamətlərini, Kərkicahan qəsəbəsini əhatə edir.

Şəhər sakinləri artıq yeni marşrutların üstünlüklərindən faydalanaraq, gündəlik hərəkətlərini daha rahat və təhlükəsiz şəkildə həyata keçirirlər. Sakinlər bildirirlər ki, avtobusların müntəzəm hərəkəti, dayanacaqların əlçatanlığı və xidmət keyfiyyəti onların gündəlik həyatını xeyli asanlaşdırıb. Xankəndililər yeni nəqliyyat sistemini müasir, rahat və etibarlı kimi qiymətləndirirlər.

Şəhərin ictimai nəqliyyat şəbəkəsi üzrə hazırlanmış plan əsasında 3 marşrut xətti istifadəyə verilib. Belə ki, 1 nömrəli marşrut “Qarabağ Universitetinin Klinikası – Xankəndi Tikiş Fabriki”, 2 nömrəli marşrut “Kərkicahan qəsəbəsi – Dəmiryol və Avtovağzal kompleksi”, 3 nömrəli marşrut isə “Qarabağ Universitetinin Klinikası – 1-ci dairə” istiqamətində fəaliyyət göstərir.

Marşrut xətləri üzrə ümumilikdə 62 dayanacaq məntəqəsi müəyyən edilib və müvafiq nişanlarla təchiz olunub. Sərnişindaşıma isə “BakuBus” MMC-yə məxsus ekoloji təmiz elektrik avtobusları vasitəsilə həyata keçirilir. İlkin mərhələdə 10 nəqliyyat vasitəsi 14-15 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir.Avtobuslarda ödəniş nağdsız qaydada aparılır.

Sərnişinlər “BakıKart”, QR-bilet və NFC texnologiyası vasitəsilə bank kartları, eləcə də “Google Pay” və “Apple Pay” kimi mobil ödəniş sistemlərindən istifadə edə bilirlər.

Qeyd edək ki, avtobusların hərəkətinə real vaxt rejimində nəzarət edilir. Layihə regionda müasir və ekoloji təmiz nəqliyyat sisteminin formalaşdırılmasına xidmət göstərir.

Tarix
2026.04.25 / 14:52
Müəllif
Axar.az
Digər xəbərlər

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Prezidentlərin təkbətək görüşü oldu

Prezidentlər və xanımları birgə foto çəkdirdilər

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

Prezidentlər Azərbaycan və özbək dillərində danışır - Hacıyev

Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi - Video

Yanacaqla bağlı problemlər həll olunmayıb… - Putin

Belə bir addımı iki dəfə Özbəkistanla atırıq - Hacıyev

Prezident Daşkənddə Ümummilli Liderin barelyefi önündə

Hikmət Hacıyev ona verilən hədiyyəni paylaşdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla