Yuxarı

Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir

Paytaxtın Səməd Vurğun və Rəşid Behbudov küçələri, eləcə də Heydər Əliyev prospektinin əsas və kənar yollarında (şəhər istiqaməti) 24-27 aprel tarixlərində aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq bəzi marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

Axar.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, Səməd Vurğun küçəsindən keçən 61 nömrəli marşrut Azadlıq prospektilə, 88A nömrəli marşrut isə Rəşid Behbudov və Salatın Əsgərova küçələrilə; Rəşid Behbudov küçəsindən keçən 4 nömrəli marşrut Puşkin küçəsi, Azadlıq prospekti və Füzuli küçəsilə, 5, 20, 61, 88 nömrəli marşrutlar isə Xaqani, Puşkin və Füzuli küçələrilə; Heydər Əliyev prospektinin əsas yolundan keçən H1 nömrəli marşrut kənar yolla hərəkət edəcək.

Həmçinin, qismən məhdudlaşdırılması nəzərdə tutulan Heydər Əliyev prospektinin kənar yolundan keçən 1, 13, 38 və M8 nömrəli marşrutların intervallarında artım ola bilər.

Tarix
2026.04.24 / 20:07
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan regionda əsas tərəfdaşımızdır - Hersoq

Lavrov Bakıya gəldi

Baxçalıdan Azərbaycanla bağlı mühüm açıqlama - Təcili

İsrail prezidenti Azərbaycana gəldi

İstanbuldakı aksiyanın sifarişçisi kimdir?

Laos AQEM-ə üzv qəbul edildi

Kazım Qəribabadi Azərbaycana gəlir

Laosla siyasi əlaqələr yüksək səviyyədə olsa da... - Deputat

İmaməli Rəhman Azərbaycana yola düşdü

Ərdoğan Bakıdakı tədbirə onu göndərir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla