Yuxarı

İlham Əliyev Kobaxidze ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:08

Prezident İlham Əliyev aprelin 11-də Antalyada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycanla Gürcüstan arasında dostluğun və strateji tərəfdaşlığın tarixi xarakter daşıdığı qeyd olundu.

Bu ilin yanvarında Azərbaycana işgüzar səfərini və səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayan Gürcüstanın Baş naziri həmin görüşlərdə iki ölkə arasında iqtisadi-ticari, mədəni və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə, bununla bağlı aidiyyəti dövlət qurumlarına verilən tapşırıqların icrası istiqamətində görülən işlərə toxundu.

İrakli Kobaxidze Prezident İlham Əliyevin bir neçə gün əvvəl ADA Universitetində beynəlxalq forumda çıxışı zamanı ikitərəfli əlaqələrə dair söylədiyi fikirlərin Gürcüstanda çox böyük maraqla qarşılandığını bildirdi.

Dövləti başçısı hazırda dünyada cərəyan edən təlatümlü şəraitdə Azərbaycan və Gürcüstanın birliyinin, həmrəyliyinin vacibliyinə toxunaraq Cənubi Qafqaz bölgəsində regional məsələlərin məhz region ölkələri tərəfindən həll olunmasının vacibliyini qeyd etdi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıldı.

Tarix
2025.04.11 / 20:52
Müəllif
Axar.az
Digər xəbərlər

“Zəfər” ordenli generala yüksək vəzifə verildi

Qazaxıstan nümayəndələri Azərbaycan HHQ-ni ziyarət etdi – Foto

Babayandan etiraf: Xocalı soyqırımında iştirak etmişəm

İnternet Vergi İdarəsinə giriş təhlükədə ola bilər - Çağırış

Sahibə Qafarova MDB PA-da çıxış etdi

Büdcədə 2 milyarda yaxın profisit yarandı

Azərbaycana PUA ilə narkotik keçirtmək istədilər - Foto

Müdafiə və milli təhlükəsizlik xərcləri kəskin artırıldı

Polşa onu Azərbaycana səfir təyin etdi

İrəvanın ümidi Ərdoğanın getməsidir - Solonnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla