
Tacikistanda güclü zəlzələ: Özbəkistanda da hiss edildi
15:38
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Bu gün Zəngəzur vilayətində İran vətəndaşı Kərim Nəzərinin idarə etdiyi yük maşını qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, bu barədə Erməni mətbuatı məlumat yayıb.
Belə ki, gündüz saatlarında yük maşını yoldan çıxaraq ağaclara çırpılıb və aşıb. Qəzadan sonra yanacaq çəni deşilib və yanacaq ətrafa axıb.
Sürücü yaralı vəziyyətdə Qafandakı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, İran yük maşınlarının sürücüləri Qafan istiqamətindən Azərbaycan ərazisi ilə keçən daha etibarlı yoldan rüsum ödəməmək üçün istifadə etmirlər, əvəzində yük avtomobilləri üçün ciddi narahatlıq yaradan və kəskin döngələr, dolaylar olan “alternativ” marşrutla gedirlər ki, bu da hər gün qəzalarla nəticələnir.
Tarix
2025.04.18 / 20:27
|
Müəllif
Axar.az
|