Yuxarı

Ərsoyun meneceri azərbaycanlını aldatdı: 6 milyon dollar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Bülənt Ərsoyun meneceri kimi tanınan Fevzi Siverek milyonlarla dollar dəyərində dələduzluq ittihamı ilə gündəmdədir.

Kult.az Oxu.az-a istinadən xəbər verir ki, Siverek azərbaycanlı iş adamı Teyub G.-ni İstanbulda bir torpaq sahəsinin satışı bəhanəsi ilə aldadaraq, ondan 6 milyon dollar alıb.

İstanbul Baş Prokurorluğuna verilən şikayətə əsasən, Teyub G. Kozyatağında yerləşən torpaq sahəsini almaq üçün Fevzi Siverek və qardaşı Əhməd Turan Siverek ilə razılığa gəlib. İş adamı qeyd olunan torpaq üçün ümumilikdə 6 milyon dollar ödəniş edib.

Lakin aparılan araşdırmalar nəticəsində torpaq sahəsinin Siverek qardaşlara məxsus olmadığı müəyyən edilib. Bundan sonra iş adamı prokurorluğa şikayət edib.

Şikayət ərizəsinə görə, Siverek qardaşlar özlərini dövlət qulluqçuları ilə yaxın əlaqələri olan şəxslər kimi təqdim edərək Teyub G.-nin etimadını qazanıblar. Hətta bu etimadı möhkəmləndirmək məqsədilə konsulluq vasitəsilə rəsmi görüşdə iştirak etdikləri, bu prosesdə bəzi Vatsap yazışmaları, səs yazıları və video görüntülərinin də sübut kimi təqdim edildiyi bildirilib.

Dələduzluq ittihamı ilə istintaq başladılıb.

Tarix
2025.04.19 / 01:44
Müəllif
Kult.az
Digər xəbərlər

Sahil Babayev sahibkarları sevindirir – Ekspert alqışladı

Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu

Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video

PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı

Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce

Səfirimiz İran xarici işlər nazirinin müavini ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə Xankəndi görüşündən danışdı

İki gün ard-arda baş verən mina partlayışları... - XİN

Təyyarə Ermənistanı keçib Azərbaycana endi: Kim icazə verib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla