Yuxarı

İran bu ölkədə güc qazanır: ABŞ isə geri çəkilir, Türkiyə də...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran bu ölkədə güc qazanır: ABŞ isə geri çəkilir, Türkiyə də...

Hizbullah və HƏMAS-a qarşı İsrailin dağıdıcı hücumları və Suriyada Əsəd rejiminin devrilməsi İranın Orta Şərqdəki təsirini ciddi şəkildə azaldıb.

Axar.az xəbər verir ki, "EU Reрorter"in Avropa kəşfiyyat mənbələrinə əsaslanan analizinə görə, Tehran gözlənilməz şəkildə Sudanda yenidən güclü şəkildə meydana çıxıb.

Məlumata görə, İran Sudan Silahlı Qüvvələrinə silah, kəşfiyyat və hərbi məsləhətçilərlə dəstək verir. Paytaxt Xartumun ordunun nəzarətinə keçməsində bu dəstəyin mühüm rol oynadığı bildirilir. İran istehsalı olan ağır silahlar və PUA-ların Sürətli Dəstək Qüvvələrinin mövqelərinə hücumlarda istifadə olunduğu qeyd olunur. Sudan Hava Limanına hər həftə ən azı 7 İran hərbi yük təyyarəsi enir, hava limanındakı bəzi anqarlar silah anbarına çevrilib:

“İran bölgədə daimi dəniz bazası yaratmağa çalışır. Tehran Qırmızı dənizdə möhkəmlənmək istəyir. Birləşmiş Ərəb Əmirlikləri, Misir, Səudiyyə Ərəbistanı, Türkiyə və Rusiya kimi aktorlar İranın artan təsirini yaxından izləyir. İranın bölgədəki əsas dəstək qüvvəsi olan husilər də bu strategiya çərçivəsində güclənir”.

Digər tərəfdən, ABŞ-ın Sudan və Somalidəki təsirini itirdiyi bildirilir:

“Vaşinqtonun Somalidən tamamilə çəkilməsi və paytaxt Moqadişodakı səfirliyini bağlaması gündəmdədir. Hazırda ABŞ bölgədəki 600 hərbçisinin Somali ordusuna artıq təlim keçməyəcəyini açıqlayıb. Somalidə ən fəal güclər kimi isə Türkiyə və BƏƏ-nin adı çəkilir. Türkiyə Moqadişoda ən güclü təhlükəsizlik və diplomatik tərəfdaş sayılır”.

Tarix
2025.06.01 / 10:00
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Ərdoğanın Azərbaycana qarşı çıxan müşaviri istefa verir? - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla