Yuxarı

Tramp və Putin bunu anlayır - Yeni sistem

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp və Putin bunu anlayır - Yeni sistem

Donald Tramp və Vladimir Putin arasında yaşananlar əslində Moskvanın tarixinə uyğun taktiki gərginlik strategiyasıdır və bu prosesin sonunda iki lider arasında qırılma baş verməyəcək.

Axar.az xəbər verir ki, bunu Rusiyanın tanınmış tarixçisi, professor Yuri Pivovarov deyib.

Trampın sərt bəyanatlarının ABŞ daxilindəki hərbi-sənaye çevrəsinə yönəlik mesaj olduğunu bildirən tarixçi Trampın barış tərəfdarı olduğunu və Putinin də bunu bildiyini vurğulayıb:

“Rusiyanın Ukrayna ilə iyun ayında yeni danışıqlar təklifini irəli sürməsi təsadüfi deyil. Qərbdə Ukraynaya dəstək zəifləyib və Kreml bu vəziyyətdən istifadə edərək diplomatik üstünlük əldə etməyə çalışır. Rusiya üçün əsas şərtlər arasında Donbasın statusunun tanınması, Ukraynanın neytrallığı və NATO-nun genişlənməsinin dayandırılması yer alır”.

Rus ekspert Türkiyənin həm Rusiya, həm də Qərblə danışıqlar aparma bacarığını xatırladaraq, ölkənin Qara dəniz təhlükəsizliyi, taxıl dəhlizi və enerji transferi kimi məsələlərdə açar rola sahib olduğunu deyib.

Trampın sərt ritorikasına baxmayaraq, əməldə praqmatik davranacağını düşünən Pivovarov ABŞ-ın Rusiya ilə əməkdaşlığa möhtac olduğunu qeyd edib.

Sonda Pivovarov bildirib ki, həm Putin, həm də Tramp Avropada yeni təhlükəsizlik memarlığının qurulduğunu anlayır.

O, NATO-ya üzv olmayan ölkələr üçün Rusiyanın iştirakı olmadan bu yeni sistemin mümkün olmayacağını əlavə edib.

Tarix
2025.06.01 / 09:00
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla