Yuxarı

Səkkiz ölkədən neftlə bağlı mühüm qərar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səkkiz OPEK+ ölkəsi gündəlik neft hasilatını 411 min barrel artırmağa razılaşıb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın saytında yayımlanan məlumatda deyilib.

“Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman mayın 31-də qlobal bazar vəziyyətini və perspektivlərini nəzərdən keçirmək üçün virtual olaraq görüşdülər”, - bəyanatda qeyd olunub.

Sənəddə həmçinin bildirilib ki, bu qərar qlobal iqtisadi mənzərənin stabil olması, neft bazarındakı sağlam amillər fonunda qəbul edilib və dünyada kommersiya mədən yanacaq ehtiyatlarının aşağı səviyyədə olması da qərarın qəbul edilməsində rol oynayıb.

OPEK+-dan bildirilib ki, səkkiz üzv ölkə bu ilin iyul ayında hasilatı iyunda tələb olunan hasilat səviyyəsindən gündəlik 411 min barrel artıracaq. Təşkilatın məlumatına görə, bu, üç aylıq artıma bərabərdir.

Artımlar dəyişən bazar şəraitindən asılı olaraq dayandırıla və ya ləğv edilə bilər. Sənəddə deyilir ki, bu cür çeviklik qrupa neft bazarının sabitliyini dəstəkləməyə davam etməyə imkan verəcək.

Tarix
2025.06.01 / 01:39
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Pakistanın energetika nazirini qəbul etdi

Şuşa Realnı Məktəbinin binasının fəaliyyətə başlayacağı tarix...

Prezident Məhəmməd Əbunəyyanı qəbul etdi

Prezident onlara müraciət ünvanladı

İlham Əliyev türkiyəli naziri qəbul etdi - Foto

Bu, dünyada təhlükəsizliyə təhdidlər yaradır - Usubov

Ukrayna Rusiyanı daxildən vurdu və sübut etdi ki... - Ekspert

İlham Əliyev İtaliya dövlət başçısını təbrik etdi

İlham Əliyev Bakı Ekspo Mərkəzində...

Fransa Azərbaycanın sərhədində konfrans keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla