Yuxarı

Qurban bayramının namaz vaxtı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 6-sı günü Qurban bayramı qeyd olunacaq. Dövlət səviyyəsində 2 gün bayram elan olunub, şəriət qaydasında insanlar 3 gün də, yəni iyunun 6, 7, və 8-i qurban kəsə bilərlər.

Axar.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib

Sədr müavini bildirib ki, hər il olduğu kimi bu il də bütün məscidlərimizdə Qurban bayramının namazı qılınacaq.

“Bayram namazı elan olunan əsas, birinci gündə, yəni iyunun 6-da qılınacaq. Hər bir məscid icmasının rəhbərliyi və imamı məscidə gələn camaatı nəzərə alaraq namaz vaxtını saat 8 və ya 9-a təyin edə bilər. Yəni saat 8-də də, 9-da da namaz qılına bilər. Camaatın gəlişi ilə əlaqədar bu məsələ tənzimlənə bilər. Məscid icması özü bu məsələdə azaddır. Rayonların çoxunda bəzi məscidlərdə saat 8-də, bəzilərində isə 9-da qılınır. Bakı və şəhərətrafı kəndlərin əksər məscidlərində saat 9-da qılınır. Bəzi məscidlərdə - məsələn Göy məscid, Heydər məscidində namaz saat 8-də qılınacaq, lakin insanların gəlişi ilə əlaqədar saat 9-da da qılına bilər. Məscid icması bu məsələ ixtiyar sahibidir”, - deyə F.Nurullayev qeyd edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 6-sı və 7-də ölkədə Qurban bayramı qeyd ediləcək. İyunun 7-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq iyunun 9-u qeyri-iş günü olacaq. Həmçinin, iyunun 8-i bazar gününə təsadüf etdiyindən ardıcıl 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.

Tarix
2025.06.02 / 11:35
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla əlaqələr dərin kökə malikdir - Netanyahu

Netanyahu Azərbaycana gəlməməsinin səbəbini açıqladı

Putinə qarşı “Pautina”: Kreml və təbliğatçılar şokdadır...

Fransa Azərbaycan sərhədində kəşfiyyata başladı

Qətər əmiri Prezident Əliyevi təbrik etdi

907-ci düzəliş ləğv edilməlidir - Səfir

Bayramov Keniya prezidenti ilə görüşdü

Bakıda Türkiyə və İsrail arasında üçdən çox görüş olub...

Bayramov BMT-nin Nayrobi ofisinin direktoru ilə görüşdü

Pezeşkian Azərbaycana təyin olunan səfirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla