
Müşfiq güllələnməyib, Mərəzədə ölüb - Dilbərin qızı
21:13
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Əgər düşmən Pakistana su axınını dayandırmağa cəhd edərsə, bunun əvəzini ağır şəkildə ödəyəcək.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, bununla bağlı Pakistanın Baş naziri Şahbaz Şərif Hindistana xəbərdarlıq edib.
Pişəvərdə çıxış edən Baş nazir bəyan edib:
"Hindistan Pakistana su axını dayandırmaqla hədələyir. Düşmən artıq müharibənin qızışdırılmasının nəticələrinin şahidi olub. Hər damla su Pakistan xalqının haqqıdır.
Bu yaxınlarda dörd ölkədə oldum. Onların üzündə xoşbəxtlik gördüm. Müharibədə uğur qazandığımız kimi, Allah-Təalanın bərəkəti ilə iqtisadi qələbəyə də nail olacağıq”.
Ş.Şərif həmçinin feldmarşal general Seyid Asim Müniri tərifləyərək deyib:
"Onun rəhbərliyi altında Pakistan Silahlı Qüvvələri düşmənə dərs verib".
Tarix
2025.06.04 / 01:49
|
Müəllif
Axar.az
|