Yuxarı

Tramp və Szinpin razılaşdı: Yaxın zamanda...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp və Szinpin razılaşdı: Yaxın zamanda...

Çin Prezidenti Si Szinpin və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı ticarət-iqtisadi danışıqların yeni raundunun ən qısa zamanda keçirilməsi barədə razılığa gəliblər.

Axar.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyasının məlumatında deyilir.

Dövlət başçıları tərəflərin Cenevrə konsensusunu həyata keçirməyə davam edəcəkləri və mümkün qədər tez şəkildə danışıqların yeni raundunu keçirəcəkləri barədə razılığa gəliblər.

"Hər iki tərəf ticarət-iqtisadi məsləhətləşmələr mexanizmindən səmərəli istifadə etməli, bərabər münasibətə riayət etməli, bir-birinin maraqlarına hörmət etməli və qarşılıqlı faydalı nəticə əldə etməyə çalışmalıdır", - S.Szinpin bildirib.

O əlavə edib ki, Çin bu məsələdə səmimi və prinsipialdır.

Qeyd edək ki, mayın 10-11-də İsveçrədə ABŞ-Çin ticari-iqtisadi danışıqları keçirilib. Onların nəticələrindən sonra tərəflər mayın 14-dən tariflərin qarşılıqlı azaldılmasını elan ediblər.

Tarix
2025.06.05 / 20:16
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla